Sosial sığorta daxilolmalarının uçotu və onların artırılması istiqamətləri

Tədqiqatın məqsədi sosial sığorta gəlirlərinin müvafiq icra hakimiyyəti orqanının büdcəsinə cəmləşməsinin təhlilindən ibarətdir. Bu təhlillər nəticəsində sosial sığorta gəlirlə-rinin artırılması yolları müəyyənləşdirilir. Sosial sığorta gəlirlərindəki artımlar dövlət büdcə-sindən müvafiq icra hakimiyyəti orqanının büdcəsinə ayırmaların həcminin azalmasına səbəb olur. Bu isə dövlət büdcəsinin xərclərinin daha səmərəli planlaşdırılmasına və məqsədə-uyğun istifadəsinə şərait yaradır.

Tədqiqatın metodologiyası sistemli və müqayisəli təhlildən, daxilolmalardan istifadə-nin səmərəliliyinə innovativ idarəetmə mexanizmlərini tətbiq etməklə və statistik təhlillər aparmaqla reallaşdırılan metodoloji yanaşmalardan və müxtəlif tədqiqatçıların elmi əsərlərin-dəki baxışlardan ibarətdir.

Tədqiqatın tətbiqi əhəmiyyəti - tədqiqat prosesində göstərilən məsələlərin daha də-rindən öyrənməkdə, statistik göstəricilərin ən kiçik komponentinə görə araşdırılmasında və müxtəlif tədbirlər kompleksinin həyata keçirilməsində istifadə oluna bilər.

Tədqiqatın nəticələri - sosial sığorta daxilolmalarının artırılması istiqamətində əsas məsələlərdən birinin qeyri-formal məşğulluqla mübarizə aparılması göstərilmişdir. Bunun da nəticəsində həm dövlət büdcəsinə daxilolmaların həm də sosial sığorta daxilolmalarının artımına şərait yaranacaqdır. Gəlirlərdəki bu artımlar ölkənin sosial, mədəni, iqtisadi, siyasi və digər sahələrindəki inkişafına öz zəruri töhfəsini verəcəkdir.

Tədqiqatın orijinallığı və elmi yeniliyi - tədqiqatda sosial sığorta gəlirlərinə dair müasir baxışlar formalaşdırılmış, müxtəlif alimlərin elmi əsərlərindən və qanunlardan bəhrə-lənməklə, həmin məsələlər üzrə əsaslandırılmış mexanizmlər müəyyənləşdirilmiş və bunlara dair metodoloji üslublar verilmişdir. Sosial sığorta daxilolmalarının artırılması üçün daha sə-mərəli statistik təhlillərin gücləndirilməsinin vacibliyi və işsizliyin aradan qaldırılması isti-qamətində mühüm işlər görülməsi bildirilmişdir.

Açar sözlər: sosial sığorta, büdcədənkənar fond, gəlir, məşğulluq, Dövlət Sosial Mü-dafiə Fondu,  qeyri-formal məşğulluq.

Fayl

PDF

Buraxılış

№1 - 2020

Müəllif

Hüseynov Novruz Həsən oğlu