AQRAR SIĞORTANIN KƏND TƏSƏRRÜFATI SAHƏLƏRİNİN İNKİŞAFINA TƏSİRİ İSTİQAMƏTLƏRİ

X Ü L A S Ə

Tədqiqatın məqsədi – aqrar sahədə sığorta mexanizmlərinin kənd təsərrüfatı istehsa­lının dayanıqlılığı, maliyyə stabilliyi və investisiya imkanlarına təsirini elmi-nəzəri və praktiki baxımdan araşdırmaqdır.

Tədqiqatın metodologiyası – araşdırmada Azərbaycan və beynəlxalq təcrübə (ABŞ, Ka­nada, Avropa ölkələri) təhlil edilmiş, statistika və Aqrar Sığorta Fondundan əldə olunan mə­­lumatlar əsasında analitik və müqayisəli təhlil aparılmışdır. Məqalədə, həmçinin sığortanın funk­siyaları, dövlət dəstəyi və fərdi fermer strategiyalarının qarşılıqlı təsiri qiymətləndiril­miş­dir.

Tədqiqatın tətbiqi əhəmiyyəti – nəticələr aqrar siyasətin optimallaşdırılmasında, sığorta mexanizmlərinin inkişafı və dövlət dəstəyinin səmərələşdirilməsi, həmçinin fer­mer­lər və dövlət qurumları üçün strateji qərarların qəbulunda istifadə oluna bilər.

Tədqiqatın nəticələri – tədqiqat göstərmişdir ki, aqrar sığorta yalnız istehsal risklərinin azaldılmasında deyil, həm də gəlirin sabitləşdirilməsində, investisiya imkanlarının artırıl­ma­sında və kənd təsərrüfatının davamlı inkişafında mühüm rol oynayır. Dövlət dəstəyi ilə tətbiq olunan mexanizmlər, xüsusilə kiçik və orta təsərrüfatlar üçün səmərəli risk idarəetməsini tə­min edir.

Tədqiqatın orijinallığı və elmi yeniliyi – məqalədə aqrar sığortanın funksional təsirləri (risklərin bölüşdürülməsi, gəlirin sabitləşdirilməsi, investisiya stimulu, risk mədəniyyətinin inkişafı və uzunmüddətli davamlılıq) kompleks şəkildə elmi əsaslarla qiymətləndirilmiş, həm milli, həm də beynəlxalq təcrübəyə əsaslanan müqayisəli təhlil təqdim olunmuşdur.

Açar sözlər: aqrar sığorta, kənd təsərrüfatı, risklərin idarə olunması, investisiya sti­mulu, davamlı inkişaf, dövlət dəstəyi, maliyyə dayanıqlığı, beynəlxalq təcrübə.

http://doi.org/10.59610/bbu1.2026.1.9.

Fayl

PDF

Buraxılış

№1 - 2026

Müəllif

Əhmədov Famil Talverdi oğlu

Rüstəmov Tural Nəriman oğlu