AZƏRBAYCANDA SIĞORTA BAZARININ RƏQABƏTQABİLİYYƏTLİLİYİNİN YÜKSƏLDİLMƏSİ İSTİQAMƏTLƏRİ

X Ü L A S Ə

Tədqiqatın məqsədi – Azərbaycanda sığorta bazarında rəqabət mühitinin formalaş­masına təsir göstərən iqtisadi, institusional və struktur amillərin sistemli şəkildə müəyyən­ləşdirilməsi, sığorta şirkətlərinin rəqabətqabiliyyətliliyinin artırılmasına mane olan əsas prob­lemlərin araşdırılması, habelə beynəlxalq təcrübənin müqayisəli təhlili əsasında sığorta baza­rının səmərəli, şəffaf və dayanıqlı inkişafını təmin edən elmi əsaslandırılmış təklif və tövsiyə­lərin hazırlanmasından ibarətdir.

Tədqiqatın metodologiyası – tədqiqat prosesində sistemli və kompleks yanaşma əsa­sın­­da ümumiləşdirmə, iqtisadi-statistik təhlil, müqayisəli təhlil və məntiqi ümumiləşdirmə me­­­tod­larından istifadə edilmişdir.

Tədqiqatın tətbiqi əhəmiyyəti – irəli sürülən təklif və tövsiyələr sığorta bazarında rə­qa­bət mühitinin dərinləşdirilməsi və uzunmüddətli maliyyə dayanıqlığının təmin edilməsi baxımından əhəmiyyətli sığorta bazarının inkişaf strategiyalarının formalaşdırılmasında, sı­ğor­ta şirkətlərinin bazar mövqelərinin möhkəmləndirilməsinə yönəlmiş idarəetmə qərarla­rının qəbulunda, sığorta xidmətlərinin keyfiyyətinin və əlçatanlığının artırılmasında tətbiq oluna bilər.

Tədqiqatın nəticələri – sığorta bazarında rəqabətin gücləndirilməsi üçün rəqəmsal texnologiyaların tətbiqinin genişləndirilməsinin, sığorta məhsullarının diversifikasiyasının, risklərin idarə edilməsi sistemlərinin təkmilləşdirilməsinin və tənzimləyici mühitin effektiv­liyinin artırılmasının zəruri olduğunu elmi əsaslarla sübut edir. Təklif edilən tədbirlərin həyata keçirilməsi sığorta bazarının funksional səmərəliliyinin və institusional dayanıqlığının yüksəl­dil­məsinə imkan yarada bilər.

Tədqiqatın orijinallığı və elmi yeniliyi – Azərbaycanda sığorta bazarının rəqabətqa­bi­liy­yətliliyinin yüksəldilməsi ilk dəfə olaraq institusional, texnoloji və bazar mexanizmləri prizmasından kompleks yanaşma əsasında təhlil edilmiş, rəqabətqabiliy­yətlili­yin formalaş­masına təsir edən amillər sistemləşdirilmiş konseptual çərçivə şəklində təqdim olunmuşdur.

Açar sözlər: sığorta bazarı, rəqabətqabiliyyətlilik, sığorta şirkətləri, sığorta bazarının tən­zimlənməsi, rəqəmsallaşma, bazar infrastrukturu, maliyyə dayanıqlığı.

http://doi.org/10.59610/bbu1.2026.1.5.

Fayl

PDF

Buraxılış

№1 - 2026

Müəllif

Həsənov İsmayıl Cəfər oğlu

Əlizadə Şəmşad Nəbi oğlu