MÜHASİBAT UÇOTUNDA GƏLİRLƏRİN UÇOTUNUN NƏZƏRİ ƏSASLARI

X Ü L A S Ə

Tədqiqatın məqsədi - müasir mühasibat çərçivələri əsasında  gəlirlərin uçotu ilə bağlı elmi-nəzəri yanaşmaları, müxtəlif uçot standartlarının gəlir anlayışına verdiyi tərifləri, ta-nınma meyarlarını və ölçmə metodlarını sistemləşdirərək gəlirlərin iqtisadi mahiyyətini daha dəqiq müəyyənləşdirməklə, müəssisələrin maliyyə hesabatlarının şəffaflığınn artırılmasına töhfənin verilməsidir. 

Tədqiqatın metodologiyası - sistemləşdirmə, qruplaşdırma, müqayisəli təhlil, məntiqi ümumiləşdirmə, iqtisadi təhlil, normativ-hüquqi analiz və s. metodlar.         

 Tədqiqatın tətbiqi əhəmiyyəti mühasibat uçotunda gəlirlərin tanınması və ölçülməsi prosesinin daha dəqiq, şəffaf və standartlara uyğun qurulmasını ön plana çəkməsi ilə əlaqə­dar­dır, mühasibat uçotu sahəsində nəzəri biliklərin dərinləşdirilməsi baxımından  real tətbiq im­kanı təqdim edir.

Tədqiqatın nəticələri - IFRS 15 standartının beş mərhələli modelinin gəlirlərin uçotu­nun aparılmasında optimal yanaşma kimi əsaslandırılmasıdır.

Tədqiqatın orijinallığı və elmi yeniliyi - gəlirlərin düzgün tanınması və ölçülməsi, qlo­bal iqtisadi dəyişikliklər və Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının tələblərinə uyğun, gəlir­lərin uçotunun nəzəri əsaslarının sistemli şəkildə təhlili,  müqayisəli araşdırılması,  gəlir anla­yışı­nın elmi cəhətdən dəqiqləşdirilməsi həyata keçirilmişdir.

Açar sözlər: gəlir, gəlirlərin düzgün tanınması və ölçülməsi, gəlirlərin təsnifləş­diril­məsi, Maliyyə Hesabatlarının Beynəlxalq Standartları, vergi hesabatları.

http://doi.org/10.59610/bbu1.2026.1.2.

Fayl

PDF

Buraxılış

№1 - 2026

Müəllif

Xudiyev Aqşin Coşqun oğlu