X Ü L A S Ə
Tədqiqatın məqsədi – 2018-ci ildə yenilənmiş Konseptual Əsaslar əsasında Maliyyə Hesabatının Beynəlxalq Standartları (MHBS) üzrə edilən dəyişikliklərin icra vəziyyətini tədqiq etmək.
Tədqiqatın metodologiyası - tədqiqatın aparılması zamanı müqayisəli təhlil, analiz və sintez metodlarından geniş istifadə olunmuşdur.
Tədqiqatın tətbiqi əhəmiyyəti - yenilənmiş Konseptual Əsaslara uyğun olaraq aidiyyəti MHBS üzrə tətbiqi xüsusiyyətləri barədə maliyyə hesabatlarının istifadəçilərinə ətraflı məlumat vermək.
Tədqiqatın nəticələri - yenilənmiş Konseptual Əsaslara uyğun olaraq aidiyyəti MHBS üzrə köklü dəyişikliklərin edilməsi ilə bağlı yekun nəticələri qiymətləndirmək.
Tədqiqatın orijinallığı və elmi yeniliyi - yenilənmiş Konseptual Əsaslara uyğun olaraq aidiyyəti MHBS üzrə vaxtında edilən düzəlişlərin aparılması üçün müvafiq qanunvericilik aktlarının təkmilləşdirilməsinə dair təkliflər vermək.
Açar sözlər: konseptual əsaslar, MHBS, MUBSŞ, Mühasibat uçotu üzrə Məsləhət Şurası, Mühasibat uçotu haqqında Qanun.