X Ü L A S Ə
Tədqiqatın məqsədi - universitetlərin sahibkarlıq ekosistemlərində nəzəri və praktiki rollarını araşdırmaq, xüsusilə də tədqiqat və innovasiya mərkəzlərinin (TİM) akademik biliklərin sahibkarlıq üçün faydalı nəticələrə çevrilməsində əsas mexanizmlər kimi funksiyalarını təhlil etməkdir.
Tədqiqatın metodologiyası - məqalədə müqayisəli və analitik yanaşmadan istifadə olunmuş, nəzəri baxışlar konkret təhlil və nümunə araşdırmaları ilə zənginləşdirilmişdir. Məşhur nəzəri çərçivələr tənqidi şəkildə dəyərləndirilmiş, empirik məlumatlar isə Stanford, MIT və Cambridge kimi aparıcı innovasiya mərkəzlərindən, eləcə də inkişaf etməkdə olan ölkələrin universitetlərindən götürülərək nəzəri yanaşmaların praktikaya necə tətbiq olunduğu göstərilmişdir.
Tədqiqatın tətbiqi əhəmiyyəti - tədqiqat nəticələri siyasətçilər, universitet rəhbərləri və digər biznes iştirakçıları üçün TİM-lərin strateji mərkəzlər kimi qurulması və dəstəklənməsi barədə praktik tövsiyələr təqdim edir. Bu yanaşma universitetlərin sahibkarlıq ekosistemlərinə və regional iqtisadi artıma daha güclü töhfə verməsini təmin edə bilər.
Tədqiqatın orijinallığı və elmi yeniliyi - araşdırma TİM-ləri yalnız dəstək infrastrukturunun elementi kimi deyil, bilik spillover-larını, insan kapitalının inkişafını və üçtərəfli əməkdaşlığı vahid bir sistemdə birləşdirən əsas dayaq nöqtələri kimi təqdim etməklə mövcud ədəbiyyata yenilik gətirir. Bu yanaşma universitetlərin sahibkarlıq ekosistemlərində passiv iştirakçı deyil, innovasiyaya əsaslanan inkişafın fəal mühərriki rolunu vurğulayır.
Açar sözlər: sahibkarlıq ekosistemi, universitet, tədqiqat və innovasiya mərkəzləri, insan kapitalı, kommersiyalaşdırma.