X Ü L A S Ə
Tədqiqatın məqsədi – rəqəmsal transformasiya prosesində idarəetmə uçotunun gələcəyinə təsir edən amilləri araşdırmaqdır.
Tədqiqat metodologiyası – keyfiyyət xarakterli olub, tematik icmal və əlaqələndirmə analizi əsasında qurulmuşdur. Ədəbiyyatdan əldə edilən məlumatlar “ümumidən xüsusiyə” və “nəzəriyyədən praktikaya” prinsipi ilə sistemləşdirilmiş, beynəlxalq təcrübə və Azərbaycanın mövcud vəziyyəti müqayisəli şəkildə öyrənilmişdir.
Tədqiqatın tətbiqi əhəmiyyəti – sənaye və kənd təsərrüfatı sahələrində idarəetmə uçotunun rəqəmsal transformasiyaya uyğunlaşdırılmasına, smart kənd təsərrüfatı texnologiyalarının tətbiqinə, resurslardan daha səmərəli istifadəyə və davamlı inkişaf məqsədlərinin reallaşmasına xidmət edə bilər.
Tədqiqatın nəticələri – rəqəmsal transformasiyanın idarəetmə uçotunda yeni proaktiv yanaşma formalaşdırdığı, smart texnologiyaların isə məhsuldarlığı artıraraq xərcləri azaltdığı və Azərbaycanın texnoparklarında ilkin nəticələr verdiyi müəyyən edilmişdir.
Tədqiqatın orijinallığı və elmi yeniliyi – idarəetmə uçotunun rəqəmsal transformasiya şəraitində konseptual əsaslarla yenidən qurulması, Sənaye 4.0 və Kənd təsərrüfatı 4.0–5.0 yanaşmalarının inteqrasiyası əsasında Azərbaycanın aqrar-sənaye mühitində rəqəmsal texnologiyaların tətbiq imkanlarının ilk dəfə elmi qiymətləndirilməsi və bu istiqamətdə inkişaf perspektivlərinin əsaslandırılmasıdır.
Açar sözlər: texnologiya, məhsuldarlıq, sənaye 4.0, kənd təsərrüfatı 4.0, avtomatlaşdırma, ağıllı kənd təsərrüfatı, davamlı inkişaf, rəqəmsal transformasiya.