X Ü L A S Ə
Tədqiqatın məqsədi - Azərbaycanda ÜDM-in formalaşması ilə bərabər, bu sistemə təsir edən ən vacib amillərin (əsasən neft və pulun həcmi) öyrənilməsindən, real pul kütləsinin düzgün idarəedilməsi, habelə onun çox və ya az olması şəraitində yarana biləcək müsbət və mənfi nəticələrini müəyyən etməkdən ibarətdir.
Tədqiqatın metodologiyası - tədqiqatda pul təminatının çoxistiqamətli təsirlərini araşdırmaq üçün mövzu üzrə analiz, sintez və ikincili məlumat təhlili metodlarından istifadə edilmişdir.
Tədqiqatın tətbiqi əhəmiyyəti – bu tədqiqatın nəticələri elm xadimləri, siyasətçilər, analitiklər, maliyyə institutları, iqtisadiyyat sektorunda olan maraqlı tərəflər üçün makroiqtisadi təhlillər aparmaq, bununla əlaqədar siyasət formalaşdırmaq, real pul kütləsinin düzgün şəkildə proqnozlaşdırılması, ÜDM və ona təsir edə bilən amillər arasında əlaqəyə əsasən model yaratmaq üzrə istifadə edilməsi mümkündür.
Tədqiqatın nəticələri – bu tədqiqat ölkədə olan pul kütləsinin həcminə nəzarət etməyə, düzgün siyasət və təcrübələr inkişaf etdirməyə, ÜDM-in həcmini artırmaq və bu şəraitdə əmələ gələn və qaçılmaz olan təhlükəli fəsadları idarə etmək üçün strategiyaları əhəmiyyətli şəkildə vurğulayır.
Tədqiqatın orijinallığı və elmi yeniliyi – tədqiqat sərhədlər arasında pul kütləsinin, onun aqreqat hallarının müqayisəli təhlilini ön plana çıxarmış, maliyyə bazarlarının inkişafı, xüsusilə maliyyə resurslarının real iqtisadiyyata yönəldilməsi üzrə mexanizmlərin təkmilləşdirilməsini vurğulayır, iqtisadiyyatın ümumi rifahına töhfə verə bilər.
Açar sözlər: M0, M3, repo faiz dərəcəsi, hibrid inflyasiya, monetar amillər, iqtisadi artım.