MÜASİR ŞƏRAİTDƏ RABİTƏ MÜƏSSİSƏLƏRİNDƏ UÇOT VƏ AUDİTİN RƏQƏMSALLAŞMASINDA AKTUAL MƏSƏLƏLƏR

X Ü L A S Ə

 

Tədqiqatın məqsədi - müasir şəraitdə rabitə müəssisələrində uçot və audit proseslərinin rəqəm­sallaşdırılması zamanı ortaya çıxan aktual problemlərin müəyyənləşdirilməsi, onların təsir mexa­nizmlərinin araşdırılması və səmərəli həll yollarının təklif edilməsidir.

Tədqiqatın metodologiyası - işdə istifadə olunan metodologiya sistemli yanaşmaya, mü­qayisəli təhlilə, eləcə də beynəlxalq təcrübənin öyrənilməsinə əsaslanır. Rəqəmsal uçot və audit model­lərinin qiymətləndirilməsində iqtisadi-statistik metodlardan, analitik ümumi­ləş­dir­mə üsul­la­rından faydalanılmışdır.

Tədqiqatın tətbiqi əhəmiyyəti - əldə edilən nəticələr rabitə müəssisələrində uçot və audit mexa­nizmlərinin rəqəmsal transformasiyasına dəstək ola bilər, həmçinin onların idarəetmə keyfiy­yə­tinin yüksəldilməsinə, şəffaflığın təmin olunmasına və maliyyə hesabatlılığının bey­nəl­­xalq stan­dartlara uyğunlaşdırılmasına real töhfə verə bilər.

Tədqiqatın nəticələri - əldə edilən nəticələr göstərir ki, rəqəmsal texnologiyaların tətbiqi ilə yanaşı, kadr hazırlığı, kibertəhlükəsizlik, hüquqi-normativ təminat və infrastruktur məsə­lə­ləri hələ də aktualdır.

Tədqiqatın orijinallığı və elmi yeniliyi - rabitə müəssisələrinin spesifik xüsusiyyətlərinə əsasla­naraq uçot və auditin rəqəmsallaşdırılmasında milli və beynəlxalq təcrübənin inteqra­siya­sı­nı elmi şəkildə əsaslandırmasında özünü göstərir.

Açar sözlər: rəqəmsallaşma, rabitə müəssisələri, uçot, audit, blokçeyn, böyük verilənlər.

 

http://doi.org/10.59610/bbu4.2025.4.2

Fayl

PDF

Buraxılış

№4 - 2025

Müəllif

Dilruba Paşayeva Adil qızı