MÜƏSSİSƏLƏRDƏ APARILAN AUDİT FƏALİYYƏTİNİN NORMATİV-HÜQUQİ TƏMİNATI

X Ü L A S Ə


Tədqiqatın məqsədi Azərbaycan Respublikasında bazar iqtisadiyyatına keçid prosesi zamanı müstəqil audit xidmətlərinin yaradılması və  inkişafı qanunlar əsasında təhlil edilməsidir.

Tədqiqatın metodologiyası müasir dövrdə audit fəaliyyətinin formalaşmasında, müəs­sisə rəhbərləri, səhmdarlar və dövlət strukturları arasında yaranan münasibətlər  şəffaflıq maliy­yə prinsipinə əsaslanır.

Tədqiqatın tətbiqi əhəmiyyəti - tədqiqat nəticələri göstərir ki, dövlətin və investorların maliyyə maraqlarını qorumaq üçün təsərrüfat subyektlərinin fəaliyyətinə nəzarət adətən müs­təqil auditor qurumları həyata keçirir.

Tədqiqatın nəticələri audit yoxlamaları, təkcə maliyyə hesabatlarının yoxlanılması ilə kifayətlənmir, həmçinin iqtisadi münasibətlərin şəffaflığını artırmaq, qeyri-qanuni fəaliyyət­lə­rin qarşısını almaq və hüquqi mədəniyyətin yüksəldilməsinə şərait yaradır və təsir  edir.

Tədqiqatın orijinallığı və elmi yeniliyi -  audit hüquqi və iqtisadi nəzarətin ən önəmli va­sitə­lərindən biridir. Auditor fəaliyyəti zamanı müəssisənin maliyyə vəziyyəti barədə düzgün və obyektiv informasiya əldə edilir, eyni zamanda audit  mülkiyyət hüquqlarının qorunmasında iş­tirak edir.

Açar sözlər: audit, hüquqi baza, tənzimləmə, normativ çərçivə, qanunvericilik.

 

http://doi.org/10.59610/bbu3.2025.3.14

Fayl

PDF

Buraxılış

№3 - 2025

Müəllif

Həsənova Əminə Ağamoğlan qızı