AZƏRBAYCANIN QİDA İSTEHSALÇILARI ARASINDA RƏQABƏTLİLİYİN ARTIRILMASINDA İNNOVASİYA AMİLİ

X Ü L A S Ə

Tədqiqatın məqsədi - Azərbaycanın qida istehsalçıları arasında rəqabətliliyin artırılma­sın­da innovasiya amilinin rolunu qiymətləndirmək və bu istiqamətdə effektiv strategiyaları müəyyən etməkdir.

Tədqiqatın metodologiyası - sistemli təhlil, müqayisəli analiz və empirik müşahidələr­dən istifadə olunmuşdur. Məlumatlar rəsmi statistika, sahəvi hesabatlar və müəssisə sorğuları əsasında toplanmışdır.

Tədqiqatın tətbiqi əhəmiyyəti - bu nəticələr ölkənin qida sənayesində fəaliyyət göstərən müəssisələr üçün innovasiya əsaslı rəqabət strategiyalarının formalaşdırılmasına və dövlətin dəstək mexanizmlərinin təkmilləşdirilməsinə töhfə verə bilər.

Tədqiqatın nəticələri - innovasiya tətbiq edən müəssisələr bazar payını artırmaqda və ixrac imkanlarını genişləndirməkdə daha üstün mövqeyə malikdirlər.             

Tədqiqatın orijinallığı və elmi yeniliyi - yerli kontekstdə innovasiyanın rəqabətlilik göstəricilərinə təsiri ilk dəfə bu qədər əhatəli və analitik yanaşma ilə qiymətləndirilmişdir. Elmi yenilik kimi, qida sənayesində innovativ fəaliyyətlə rəqabət qabiliyyəti arasında əlaqənin kvan­titativ təhlili təqdim olunur.

Açar sözlər: qida sənayesi, innovasiya amili, rəqabətlilik, qida istehsalçıları, rəqabət üs­tünlüyü, ixrac potensialı.

 

http://doi.org/10.59610/bbu3.2025.3.12

Fayl

PDF

Buraxılış

№3 - 2025

Müəllif

Ülvi Bilal Elçin oğlu