“YAŞIL İQTİSADİ DİNAMİKA İNDEKSİ” VƏ ONUN ÜMUMİ İQTİSADİYYATDA TƏTBİQİ

X Ü L A S Ə

Tədqiqatın məqsədi - yaşıl iqtisadiyyatın ölçülməsi və ölkə üzrə yaşıl iqtisadiyyata keçidin nə qədər dinamik həyata keçirilməsini araşdırılması üçün sadə ideksləşmə həyata keçirməkdən ibarətdir.

Tədqiqatın metodologiyasına ölkənin enerji infrastrukturunda bərpaolunan enerjinin payı, hökümət tərəfindən yerli və xarici ekoloji proqramların tətbiqi səviyyəsi, ölkənin illik karbon-dioksid tullantısının miqdarı, kənd təsərrüfatında dayanıqlılığın səviyyəsi və iqtisadiyyatın dairəviliyi üzrə 5 metodun qarşılıqlı sintezi ilə indeksləşmə daxildir.

Tədqiqatın tətbiqi əhəmiyyətinə bundan əvvəl digər iqtisadi çevrələr və institutlar tərəfindən təklif edilmiş daha mürəkkəb indeksləşmənin daha sadə və əlçatan informasiya resursları ilə qiymətləndirilməsi daxildir.

Tədqiqatın nəticələrinə ilk öncə Azərbaycanın qonşu ölkələrlə nisbətdə yaşıl iqtisa­diy­yata keçidinin qiymətləndirilməsi və boşluqların aradan qaldırılması üçün təkliflər daxildir.

Tədqiqatın orijinallığı və elmi yeniliyi - bu sahə üzrə mövcud indekslərə nisbətən daha yeni və sadə yanaşmanın tətbiqi, həmçinin indeksin tərtib edilməsi üçün lazımi informasiyaların əlçatan olmasıdır. 

Açar sözlər: yaşıl iqtisadiyyat, dayanıqlı iqtisadiyyat, yaşıl iqtisadiyyatın indeksləş­məsi, yaşıl inkişaf, dairəvi iqtisadiyyat, yaşıl inkişaf.

 

http://doi.org/10.59610/bbu3.2025.3.11

Fayl

PDF

Buraxılış

№3 - 2025

Müəllif

Hacızadə Orxan Rauf oğlu