İQTİSADİYYATDA GƏLİR BƏRABƏRSİZLİYİNİN İQTİSADİ SƏBƏBLƏRİNİN QİYMƏTLƏNDİRİLMƏSİ

X Ü L A S Ə

Tədqiqatın məqsədi - iqtisadiyyatda gəlir bərabərsizliyinin səbəblərini təhlil edib qiy­mət­ləndirmələr etmək, dinamikaya təsir edən amilləri müəyyənləşdirmək.  

Tədqiqatın metodologiyası - məqalədə statistik göstəricilər əsasında analitik təhlil, müqayisəli qiymətləndirmə və induktiv metodologiya bazasında təhlil verilmişdir.

Tədqiqatın tətbiqi əhəmiyyəti - məqalədə əldə edilən nəticələr və qiymətləndirmələr bu sahə üzrə araşdırma aparan tədqiqatçılar, hökümətin sosial-iqtisadi siyasəti üzrə praktiki əhə­miy­yətə malikdir.

Tədqiqatın nəticələri - məqalədə əldə olunan nəticələr dövlətin sosial-iqtisadi siyasəti üzrə həyata keçirtdiyi tədbirlərin müsbət nəticələr verdiyini göstərir. Tədqiqat onu göstərdi ki, gəlir bərabərsizliyini minimum endirmək üçün hökümətlər müvafiq önləyici tədbirlər görmə­lidirlər.

Tədqiqatın orijinallığı və elmi yeniliyi - məqalədə təqdim olunan elmi yanaşma və qiy­mətləndirmələr gəlir bərabərsizliyinin azaldılması istiqamətində yeni yanaşmalara diqqətin ay­rıl­ması zəruriliyini ortaya qoymuşdur.

Açar sözlər: gəlir bərabərsizliyi, sosial siyasət, problemlər, minimum əmək haqqı, nomi­nal və real əmək haqqı, orta aylıq əmək haqqı və s.

 

http://doi.org/10.59610/bbu3.2025.3.7

Fayl

PDF

Buraxılış

№3 - 2025

Müəllif

Mustafayev Asif Mirlazım oğlu

Babayev Turqan Xəlil oğlu