Tədqiqatın məqsədi – milli iqtisadi inkişafda maliyyə amillərinin rolunu araşdırmaq, onların effektivliyini artıran imkanları və məhdudlaşdıran çətinlikləri müəyyənləşdirməkdir.
Tədqiqatın metodologiyası – məqalədə mövcud ədəbiyyatın nəzəri icmalı, statistik göstəricilər əsasında analitik təhlil, müqayisəli qiymətləndirmə və empirik yanaşmalardan istifadə olunmuşdur.
Tədqiqatın tətbiqi əhəmiyyəti – əldə edilən nəticələr dövlətin sosial-iqtisadi siyasəti, maliyyə institutlarının strateji fəaliyyəti və sahibkarlığın inkişafı üçün praktiki əhəmiyyətə malikdir. Nəticələr həmçinin maliyyə inklüzivliyi və dayanıqlı inkişafla bağlı gələcək elmi araşdırmalara nəzəri əsas yaradır.
Tədqiqatın nəticələri – təhlillər göstərir ki, maliyyə institutlarının səmərəsizliyi, kredit əlçatanlığının məhdudluğu, zəif maliyyə infrastrukturu və siyasətdəki qeyri-sabitlik milli iqtisadi artım üçün əsas maneələrdir. Bununla yanaşı, maliyyə sektorunda islahatlar, rəqəmsal maliyyə xidmətləri və innovativ maliyyə alətləri kapitalın daha səmərəli səfərbər edilməsinə imkan verir.
Tədqiqatın orijinallığı və elmi yeniliyi – məqalədə milli iqtisadi inkişafda maliyyə amillərinin rolunun kompleks təhlili təqdim olunmuş, maliyyə savadlılığının artırılması, dövlət-özəl tərəfdaşlıqlarının genişləndirilməsi və yeni maliyyə texnologiyalarının tətbiqi üzrə elmi tövsiyələr verilmişdir.
Açar sözlər: maliyyə amilləri, milli iqtisadi inkişaf, maliyyə inklüzivliyi, investisiya, kredit əlçatanlığı, maliyyə islahatları, iqtisadi artım, maliyyə infrastrukturu, fiskal siyasət, dayanıqlı inkişaf.