X Ü L A S Ə
Tədqiqatın məqsədi - hazırkı dövrdə kiçik və orta sahibkarlıq subyektlərinin fəaliyyətində vergilərin səmərəliliyinin yüksəldilməsinin metodoloji xüsusiyyətlərinin araşdırılması və müəyyənləşdirilməsidir. Məqalədə sahibkarlığın əsas istiqamətlərindən biri olan kiçik və orta sahibkarlıq subyektlərinə tətbiq olunan vergilərin səmərəliliyinin yüksəldilməsi ilə bağlı yanaşmalar ortaya qoyulmuşdur. Bu məqalədə yeni çağırışlar nəzərə alınmaqla, kiçik və orta sahibkarlıq fəaliyyətində vergilərin səmərəliliyinin yüksəldilməsi üzrə tövsiyələr hazırlanmış və təkliflər verilmişdir.
Tədqiqatın metodologiyası baxımından qeyd edək ki, əsasən elmi abstraksiya, analiz, sintez, müqayisəli təhlil, müzakirə olunan problemlərə sistemli və kompleks yanaşma, həmçinin bir qrup tədqiqatçı alimlərin metodoloji yanaşmalarına istinadlar diqqət mərkəzində saxlanılmışdır.
Tədqiqatın tətbiqi əhəmiyyəti - əldə olunmuş və əsaslandırılmış elmi-praktiki nəticələrdən müasir iqtisadi transformasiyalar şəraitində kiçik və orta sahibkarlığın fəaliyyətində vergilərin səmərəliliyinin yüksəldilməsinə imkan verən mexanizmlərin və alətlərin hazırlanmasında istifadə edilmək imkanları vardır.
Tədqiqatın nəticələri baxımından qeyd edək ki, iqtisadi proseslərin təkmilləşdirilməsinə, çəkilən xərclərin optimallaşdırılmasına və ümumilikdə iqtisadi fəaliyyətin səmərəliliyinin yüksəldilməsinə yönəlmiş fəaliyyət mexanizmlərini özündə ehtiva edən kiçik və orta sahibkarlıq fəaliyyəti modelinin formalaşdırılması və inkişaf etdirilməsi problemləri, bu proseslərdə vergilərin rolunun artırılması üzrə məqalədə verilmiş təkliflərdən bəhrələnmək potensialı mövcuddur.
Tədqiqatın orijinallığı və elmi yeniliyi - məqalədə baxılan problemlər istiqamətində kompleks və sistemli təhlillərin aparılması təmin edilməklə bərabər, hazırkı dövrdə kiçik və orta sahibkarlıq fəaliyyətində vergilərin səmərəliliyinin yüksəldilməsinə metodoloji yanaşmaların dərindən öyrənilməsi və daha üstün metodoloji üslubların müəyyənləşdirilməsinin vacibliyi əsaslandırılmışdır. Yeni tələblər şəraitində Azərbaycanda kiçik və orta sahibkarlıq fəaliyyətinin daha səmərəli təşkilində vergilərin rolundan istifadə mexanizmlərinin təkmilləşdirilməsi istiqamətləri müəyyənləşdirilmiş, bunlarla bağlı təkliflər verilmişdir.
Açar sözlər: sahibkarlıq, vergilər, vergi sistemi, kiçik və orta sahibkarlıq, kiçik və orta sahibkarlıq subyektləri, vergilərin səmərəlilik problemləri, vergilərin səmərəlilik xüsusiyyətləri, vergilərin səmərəliliyinin yüksəldilməsinə metodoloji yanaşmalar.