HAQSIZ RƏQABƏTƏ QARŞI MÜBARİZƏDƏ XARİCİ AUDİT TƏCRÜBƏSİNİN TƏTBİQİ İMKANLARI

X Ü L A S Ə

Tədqiqatın məqsədi - auditor xidmətləri bazarında rəqabətin sağlam çərçivədə qu­rul­masını təmin etmək, haqsız rəqabət formalarının (damping, müstəqilliyə təsir edən mü­na­sibətlər, keyfiyyətin süni ucuzlaşdırılması və s.) maliyyə hesabatlarının etibarlılığına və auditin key­­fiyyətinə yaratdığı riskləri qiymətləndirmək və bu risklərin azaldılması üçün xarici təc­rübə­nin Azərbaycan şəraitinə uyğun tətbiq istiqamətlərini müəyyənləşdirmək.

Tədqiqatın metodologiyası - normativ-hüquqi bazanın və institusional mexanizmlərin müqayisəli təhlili, beynəlxalq audit standartları və keyfiyyətə nəzarət sistemlərinin (etik qayda­lar, keyfiyyət təminatı, peşə nəzarəti və s.) nəzərdən keçirilməsi, qabaqcıl ölkə təcrübələrinin (pe­şə özünüidarəsi və dövlət nəzarətinin inteqrasiyası) sintez edilməsi və Azərbaycanda tətbiq oluna biləcək modellərin konseptual qiymətləndirilməsi.

Tədqiqatın tətbiqi əhəmiyyəti - məqalədə audit keyfiyyətinin yüksəldilməsi, maliyyə he­sabatlarının etibarlılığının qorunması və bazarda ədalətli rəqabət mühitinin formalaşması üçün praktiki addımlar təqdim edilir. Auditin peşə etikası və müstəqillik tələblərinin güc­lən­di­ril­məsi, keyfiyyətə nəzarət mexanizmlərinin qurulması, şəffaflıq və hesabatlılıq tələblərinin ar­tırıl­ması, haqsız qiymət rəqabətinin qarşısının alınması imkanları və istiqamətləri əsaslandırılıb.

Tədqiqatın nəticələri - haqsız rəqabət formaları auditor-müştəri münasibətlərində eti­madı zəiflədir, audit sübutlarının adekvatlığını və nəticələrin etibarlılığını risk altına qoyur. Xa­rici təcrübə göstərir ki, sistemli peşə nəzarəti, keyfiyyət təminatı, şəffaflıq tələbləri və etik çər­çi­vələrin ardıcıl icrası bu riskləri əhəmiyyətli dərəcədə azaldır. Azərbaycan üçün uyğun­laş­dırıl­mış tədbirlər paketi rəqabətin sağlamlaşdırılması və audit keyfiyyətinin davamlı artırılmasına xid­mət edir.

Tədqiqatın orijinallığı və elmi yeniliyi - Azərbaycan audit bazarı üçün haqsız rəqabətə qarşı mübarizədə beynəlxalq yanaşmaların sistemləşdirilmiş şəkildə və yerli şəraitə uyğun tət­biq istiqamətlərinin konseptual modeli təqdim olunur və peşə etikası, keyfiyyətə nəzarət və ins­ti­tu­sional nəzarət elementlərinin inteqrə olunduğu kompleks yanaşma təklif edilir.

Açar sözlər: haqsız rəqabət, auditor xidməti, audit keyfiyyəti, peşə etikası, keyfiyyətə nə­za­rət, beynəlxalq təcrübə, institusional mexanizmlər, şəffaflıq.

 

http://doi.org/10.59610/bbu3.2025.3.1

Fayl

PDF

Buraxılış

№3 - 2025

Müəllif

Novruzov Vahid Tapdıq oğlu

Afiqə Bayramova