KOS SUBYEKTLƏRİNDƏ BEYNƏLXALQ MALİYYƏ HESABATI STANDARTLARININ TƏTBİQİNİN İQTİSADİ EFFEKTLƏRİ

X Ü L A S Ə

Tədqiqatın məqsədi – Azərbaycanda kiçik və orta sahibkarlıq subyektlərində IFRS-in tətbiqinin iqtisadi nəticələrini təhlil etmək, üstünlük və çətinlikləri qiymətləndirmək və onun istifadəsini optimallaşdırmaq üçün həll mexanizmi təklifi vermək.

Tədqiqatın metodologiyası – araşdırmada Azərbaycanda KOS-ların maliyyə hesa­batlarından işlənilmiş datanın təhlili və sahibkarlarla aparılan sorğu və müsahibələrə əsaslanan qarışıq metodlardan istifadə olunmuşdur.

Tədqiqatın tətbiqi əhəmiyyəti – tədqiqatın təklif edəcəyi həll mexanizmləri mühasiblər və KOS menecerləri üçün MHBS-nin faydalarını maksimum dərəcədə artırmaq və eyni zamanda onun problemlərini effektiv şəkildə həll etmək üçün praktiki anlayışlar təqdim edir. Bu anlayışlar KOS-ların rəqabət qabiliyyətini artırmaq, onların sürətlə qloballaşan bazarda inkişaf edə bilmələrini təmin etmək üçün çox vacibdir. Bundan əlavə, tədqiqat vergi tən­zimləmələri kimi məqsədyönlü dəstək mexanizmləri vasitəsilə MHBS-nin qəbulunu asan­laşdırmaqda hökumətin roluna dair praktiki tövsiyələr təklif edir.

Tədqiqatın nəticələri – araşdırmada Azərbaycan KOS-larında MHBS-ın tətbiqinin üç əsas iqtisadi effekti müəyyən edilmişdir: maliyyə şəffaflığının artırılması, kredit qabiliyyətinin yüksəldilməsi və investisiya imkanlarının genişləndirilməsi. Lakin, KOS-lar maliyyə hesa­batlarının beynəlxalq standartlarını tətbiq etmək üçün mövcud kadrların təlimə cəlb olun­masının yüksək öhdəlik xərcləri və IFRS bilikləri yüksək olan kadrların çatışmamazlığı və ya yük­sək əmək haqqı tələbi kimi manelərlə rastlaşır.

Tədqiqatın orijinallığı və elmi yeniliyi – bu araşdırma Azərbaycan KOS-larında IFRS tətbiqinin iqtisadi təsirini öyrənən ilk tədqiqatlardan biridir. Tədqiqatın elmi yeniliyi, Azər­bay­canda KOS-lar üçün BMHS-in iqtisadi təsirlərinin ilk dəfə sistemli şəkildə qiymətlən­diril­məsində, tətbiq zamanı qarşıya çıxan spesifik çətinliklərin müəyyənləş­diril­mə­sində, bu çətin­liklərin aradan qaldırılması üçün effektiv siyasət və strategiyaların hazırlan­ma­sın­da, həm­çinin KOS-ların qlobal maliyyə bazarlarına inteqrasiyasına təsirin araşdırılmasında özünü göstərir.

Açar sözlər: MHBS, KOS, maliyyə hesabatı, iqtisadi effektlər, şəffaflıq, investisiya.

http://doi.org/10.59610/bbu2.2025.2.2

Fayl

PDF

Buraxılış

№2 - 2025

Müəllif

Mürsəlov Vüsal Zülfüqar oğlu