RƏQƏMSALLAŞMA TƏHDİDLƏRİ KONTEKSTİNDƏ DÖVLƏTİN İQTİSADİ TƏHLÜKƏSİZLİYİ

X Ü L A S Ə
Tədqiqatın məqsədi - rəqəmsallaşma təhdidləri kontekstində dövlətin iqtisadi təhlükəsizliyini təhlil etməkdir.
Tədqiqatın metodologiyası - tədqiqatda müqayisəli və sistemli təhlil, analiz və sintez, həmçinin məntiqi ümumiləşdirmə metodlarından istifadə edilmişdir.
Tədqiqatın tətbiqi əhəmiyyəti – qlobolallaşma şəraitində ölkənin iqtisadi təhlükəsizliyinin qiymətləndirilməsi üzrə rəqəmsallaşmanın yaratdığı təhlükələrin müəyyən edilməsi və nəticələrinin aradan qaldırılmasıdır.
Tədqiqtın nəticələri - ölkənin iqtisadi təhlükəsizliyinə rəqəmsallaşmanın yaratdığı təhlükələrin aradan qaldırılması üzrə təkliflərin konkretləşdirilməsi və elmi əsaslandırılması.
Tədqiqatın orijinallığı və elmi yeniliyi – rəqəmsallaşmanın dövlətin iqtisadi təhlükəsizliyinə yaratdığı təhdidlərin qiymətləndirilməsi və təhlil edilməsidir.
Açar sözlər: iqtisadi təhlükəsizlik, maliyyə təhlükəsizliyi, rəqəmsallaşma, milli təhlükəsizlik, rəqəmsallaşma təhlükələri, kriptovalyutalar.

http://doi.org/10.59610/bbu1.2025.1.15

Fayl

PDF

Buraxılış

№1 - 2025

Müəllif

Aslanov Habil Hüseyn oğlu

Vəliyeva Lalə Müsəllim qızı