ƏHALİ GƏLİRLƏRİ BÖLGÜSÜ PROBLEMİNƏ NƏZƏRİ BAXIŞLARIN TƏKAMÜLÜ

X Ü L A S Ə
Tədqiqatın məqsədi – əhali gəlirlərinin iqtisadi kateqoriya kimi mahiyyəti, yeri və roluna, habelə formalaşması mexanizmlərilə bağlı konseptual yanaşmalara dair elmi ümumiləşdirmələr aparılmasıdır.
Tədqiqatın metodologiyası – tədqiqatda müqayisəli və sistemli təhlil, analiz və sintez, həmçinin məntiqi ümumiləşdirmə metodlarından istifadə edilmişdir.
Tədqiqatın tətbiqi əhəmiyyəti – əhali gəlirlərinin bölgüsü sahəsində tədqiqatlar üçün nəzəri əsas ola bilər, əhali arasında gəlir bərabərsizliyinin azaldılması və cəmiyyətdə orta təbəqənin formalaşdırılması istiqamətində tədbirlərin həyata keçirilməsi, ölkə əhalisinin rifahının yaxşılaşdırılmasının əsas tələb kimi qarşıya qoyulmasında istifadə edilə bilər.
Tədqiqatların nəticələri – iqtisadi artımla əhali gəlirləri arasında sosial qeyri-bərabərsizliyin azaldılması ilə bağlı siyasətlərin hazırlanmasında istifadə oluna bilər.
Tədqiqatın orijinallığı və elmi yeniliyi – əhali gəlirləri nəzəriyyələrinin təkamülü prosesi araşdırılmış, bu təkamülə təsir göstərən amillərlə baglı nəzəri mülahizələr ümumiləşdirilərək sistemləşdirilmişdir.
Açar sözlər: milli gəlir, əhali gəlirləri, bölgü və yenidən bölgü, iqtisadi artım, gəlirlərin qeyri-bərabərliyi, əmək haqqı, mənfəət, renta.
 

http://doi.org/10.59610/bbu1.2025.1.11

Fayl

PDF

Buraxılış

№1 - 2025

Müəllif

Kərimova Nuriyyə Natiq qızı