X Ü L A S Ə
Tədqiqatın məqsədi – bu gün dövlətin və cəmiyyətin qarşısında duran və davamlı sosial-iqtisadi inkişafın təmin edilməsi məqsədilə səmərəli tədbirlərin həyata keçirilməsi üçün zəruri olan yeni çağırışları təhlil etməkdir.
Tədqiqatın metodologiyası - dialektik, konkret-tarixi, sistemli təhlil və məntiqi ümumi-ləşdirmə metodlarından istifadə edilmişdir.
Tədqiqatda məhdudiyyət - iqtisadi nəzəriyyə, xüsusən də siyasi iqtisad üzrə mövcud olan əksər əsərlərdə insanın əldə etdiyi həyat səviyyəsi və keyfiyyətini qoruyub saxlamaqla eyni zamanda fiziki, maddi, həyati-məişət və mədəni tələbatlarının təmin edilməsi problemlərinin hərtərəfli araşdırılmasının kifayət qədər olmaması və ya tam olmaması hesab edilə bilər.
Tədqiqatın nəticəsində - ətraf mühiti və insanın bütün yaşayış mühitini qorumaqla, eyni zamanda müasir milli dövlətin əhalinin ərzaq, enerji və xammala olan tələbatını ödəmək imkanları təhlil edilib.
Tədqiqatın tətbiqi əhəmiyyəti ondan ibarətdir ki, o, müasir insan üçün layiqli həyat şəraitini mütləq saxlamaqla davamlı inkişafın təmin edilməsinə dair milli dövlətin sosial-iqtisadi siyasəti çərçivəsində konkret tədbirlərin işlənib hazırlanmasında istifadə oluna bilər.
Tədqiqatın orijinallığı və elmi yeniliyi - əhalinin əldə etdiyi həyat səviyyəsini qoruyub saxlamaqla və daha da yüksəltməklə, fəal beynəlxalq əməkdaşlığı nəzərə alaraq, müasir dövlət tərəfindən davamlı sosial-iqtisadi artımı təmin etmək imkanlarının müəyyən edilməsindədir.
Açar sözlər: milli iqtisadiyyatların qarşılıqlı asılılığı, insan və təbiətin qarşılıqlı əlaqəsində qlobal problemlər, Azərbaycanın davamlı sosial-iqtisadi inkişafının təmin edilməsi.
http://doi.org/10.59610/bbu1.2025.1.7