AQRAR SAHƏNİN İNNOVATİV İNKİŞAFI İSTİQAMƏTLƏRİ

X Ü L A S Ə
Tədqiqatın məqsədi - aqrar sahədəki innovasiyaların tətbiqinin məhsuldarlığa, resursların istifadəsinə və ətraf mühitə olan təsirlərini öyrənməkdir. Bu məqsəd, ərzaq təhlükəsizliyinin təmin olunmasına və innovativ ədalətin artırılmasına yönəlmişdir.
Tədqiqatın metodologiyası - aqrar sahənin innovativ inkişafını öyrənmək üçün müqayisə, təhlil, ümumiləşdirmə, sistematik və kompleks bir yanaşmadan istifadə edilir.
Tədqiqatın tətbiqi əhəmiyyəti - müasir texnologiyalar, məsələn, avtomatlaşdırma, Əşyaların İnterneti (IoT), biotexnologiya və data analitikası, aqrar sektorda məhsuldarlığı artırmaqla yanaşı, resursların daha səmərəli istifadəsini təmin etməyə şərait yaradar. Bu texnologiyalardan istifadə istehsal proseslərini optimallaşdıraraq xərcləri azaltmağa və istehsal keyfiyyətini yüksəldilməsində əhəmiyyətli rol oynaya bilər.
Tədqiqatın nəticələri - aqrar sektorda innovasiyaların tətbiqi və inkişafı üçün strateji yanaşmaların formalaşmasına kömək edəcəkdir.
Tədqiqatın orijinallığı və elmi yeniliyi - aqrar sahənin innovativ inkişafı ilə bağlı yeni biliklərin yaranmasına, mövcud problemlərin daha yaxşı anlaşılmasına və strateji yanaşmaların formalaşmasına səbəb olacaq. Bu, həm də tədqiqatın nəticələrinin tətbiqi üçün geniş imkanlar yaradır, eləcə də müasir kənd təsərrüfatı problemlərinə elmi əsaslı cavablar təqdim edir.
Açar sözlər: ərzaq təhlükəsizliyi, iqtisadi təsir, texnologiya, suvarma sistemləri, biotex-nologiya, ətraf mühit, strategiya, rəqəmsallaşma, davamlı inkişaf, innovativ yanaşmalar.

http://doi.org/10.59610/bbu1.2025.1.6

Fayl

PDF

Buraxılış

№1 - 2025

Müəllif

Qurbanov Aqil Abid oğlu