“KİÇİK VƏ ORTA SAHİBKARLIQ SUBYEKTLƏRİ ÜÇÜN MALİYYƏ HESABATININ BEYNƏLXALQ STANDARTI”NIN TƏKMİLLƏŞDİRİLMƏSİ

X Ü L A S Ə
Tədqiqatın məqsədi – “Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartı”nın II Bölməsində qeyd olunan “Anlayışlar və Əsas Prinsiplər”in 2018-ci ildə yenidən işlənmiş “MHBS üçün Konseptual Əsaslar”la müqayisəsini aparmaq və fərqli konseptual yanaşmaları müzakirə etməkdən ibarətdir.
Tədqiqatın metodologiyası – tədqiqatın aparılması zamanı müqayisəli təhlil, analiz və sintez metodlarından geniş istifadə olunmuşdur.
Tədqiqatın tətbiqi əhəmiyyəti – 2018-ci ildə yenidən işlənmiş “MHBS üçün Konseptual Əsaslar”a uyğun olaraq və “Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartı”nın tətbiqi xüsusiyyətlərini nəzərə almaqla, Kiçik və Orta Sahibkarlıq Subyektlərinin hazırladığı maliyyə hesabatlarında məlumatların istifadəçilər üçün əhəmiyyətli dərəcədə daha şəffaf və ya münasib və düzgün təqdimatla əks etdirilməsidir.
Tədqiqatın nəticələri – “Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartı”nın yenilənmiş Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üçün “Konseptual Əsaslar”a uyğun olaraq müvafiq dəyişiklikləri nəzərə almaqla, sözügedən standartın yenidən işlənməsi üzrə təkliflərin verilməsidir.
Tədqiqatın orijinallığı və elmi yeniliyi – Maliyyə Hesabatlarının Beynəlxalq Standartları və Mühasibat Uçotunun Beynəlxalq Standartları, habelə onların açıqlamalarını təmin edən Şərhlərə uyğun olaraq özünəməxsus xüsusiyyətləri ilə “Kiçik və Orta Sahibkarlıq Sub-yektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartı”nın II Bölməsində qeyd olunan “Anlayışlar və Əsas Prinsiplər”in təkmilləşdirilməsinə nail olunmasıdır.
Açar sözlər: MHBS, KOS üçün MHBS, Konseptual Əsaslar, Anlayışlar və Əsas Prinsiplər, maliyyə hesabatları.

http://doi.org/10.59610/bbu1.2025.1.2

Fayl

PDF

Buraxılış

№1 - 2025

Müəllif

Cəfərov Elxan Orxan oğlu

Hacıyeva Nərmin Ayaz qızı