BİZNESİN DÖVLƏT TƏNZİMLƏNMƏSİ SİSTEMİNİN TƏKMİLLƏŞDİRİLMƏSİNİN AKTUAL MƏSƏLƏLƏRİ

X ÜL A S Ə

Tədqiqatın məqsədi - müasir biznesin aktual problemlərinin həllində tənzimləmə sisteminin rolunun artırılması imkanlarının dəyərləndirilməsidir.

Tədqiqatın metodologiyası - tədqiqat prosesində müşahidə, müqayisəli təhlil, sintez, elmi abstraksiya və ümumiləşdirmə üsullarından istifadə edilmişdir.

Tədqiqatın tətbiqi əhəmiyyəti - əsaslandırılmış elmi-nəzəri müddəalar və əldə olunmuş nəticələr biznesin dövlət tənzimlənməsi sisteminin təkmilləşdirilməsi üzrə tədbirlərin işlənib hazırlanması və həyata keçirilməsi prosesində istifadə oluna bilər.

Tədqiqatın nəticələri - dövlət tənzimlənməsi sisteminin biznes mühitinin müasir problemlərinin daha səmərəli həlli üçün təkmilləşdirilməsi imkanları səciyyələndirilmiş, onların reallaşdırılması istiqamətləri müəyyən olunmuşdur.

Tədqiqatın orijinallığı və elmi yeniliyi - biznes mühitinin və biznesin müasir problemlərinin həlli baxımından dövlət tənzimlənməsi sisteminin təkmilləşdirilməsinin imkanları dəyərləndirilmiş, onların reallaşdırılması istiqamətləri müəyyən olunmuşdur.

Açar sözlər: biznes, dövlət tənzimlənməsi, biznes mühiti, investisiya, imkanlar, klaster.

 

http://doi.org/10.59610/bbu4.2024.4.14

Fayl

PDF

Buraxılış

№4 - 2024

Müəllif

Gülmalıyeva Nigar Ağabala qızı