CİNAYƏT MƏSULİYYƏTİNƏ CƏLB EDİLMƏ YAŞINA ÇATMAMIŞ YETKİNLİK YAŞINA ÇATMAYANLARIN MƏSULİYYƏT İNSTİTUTUNUN GENEZİSİ

XLASƏ

Tədqiqatın məqsədi – cinayət məsuliyyətinə cəlb edilmə yaşına çatmamış yetkinlik yaşına çatmayanlar tərəfindən yol verilmiş hüquq pozuntularının müəyyən edilərək, aradan qaldırılması üçün qabaqlayıcı tədbirlərin görülməsi.

Tədqiqatın metodologiyası – cinayət məsuliyyətinə cəlb edilmə yaşına çatmamış yetkinlik yaşına çatmayanların məsuliyyətinin yaranmasının mənşəyinin (genezisi) tədqiq olunmasında, onların mənəvi-psixoloji inkişaf səviyyəsinin davranışlarına göstərdiyi təsirlərin tədqiq və təhlil olunması.

Tədqiqatın tətbiqi əhəmiyyəti – cinayət məsuliyyətinə cəlb edilmə yaşına çatmamış yetkinlik yaşına çatmayanların cinayətkar fəaliyyətə cəlb edilməsi hallarının aşkar olunaraq, qarşısının alınması üçün zəruri tədbirlərin görülməsi.

Tədqiqatın nəticələri – cinayət məsuliyyətinə cəlb edilmə yaşına çatmamış yetkinlik yaşına çatmayanlar tərəfindən yol verilmiş hüquq pozuntularının profilaktikasının işlənib hazırlanması.

Tədqiqatın orijinallığı və elmi yeniliyi – cinayət məsuliyyətinə cəlb edilmə yaşına çatmamış yetkinlik yaşına çatmayanların məsuliyyətinin yaranmasının genezisinin müəyyən olunması baxımından, bu şəxslərin məsuliyyətinin müəyyən olunmasında onların öz əməllərini nə dərəcədə dərk etmələrinin araşdırılması.

Açar sözlər: cinayət, genezis, təqsir, motiv, məqsəd.

 

http://doi.org/10.59610/bbu4.2024.4.13

Fayl

PDF

Buraxılış

№4 - 2024

Müəllif

Cavadov Anar İlyas oğlu