Azərbaycan iqtisadiyyatının tarazlıq modelinin baza quruluşunda ev təsərrüfatları üzrə istehlak xərclərinin hesablanması

Bildiyimiz kimi, dünya praktikasında ölkələr üzrə  ümumi tarazlıq modelinin yara­dıl­ma­sı məsələsi  üzərində bir çox elmi araşdırmalar aparılmışdır. Lakin nəzərə alsaq ki, hər bir döv­­lətin iqtisadi inkişafının  spesifik xüsusiyyətləri var, bu gün  respublikamızın da  he­sab­la­na bilən Ümumi Tarazlıq Modelinin yaradılması üzərində tədqiqatların aparılması aktuallıq kəsb edir. Bazar iqtisadiyyatı şəraitində hesablana bilən ümumi tarazlıq modelinin qu­rul­ma­sında əsas məqsədlərdən biri dövlətin fiskal siyasətinin dəyişməsinin iqtisadiyyata təsirinin öyrə­nilməsidir.

Hazırki dövrdə ölkədə rəqabət qabiliyyətini artıran, biznesə stimul yaradan  daxili iqt­i­sa­di mühit yaratmaq lazımdır ki, bu isə sonda innovasiyanın yaranmasına səbəb olacaqdır. Azər­baycan iqtisadiyyatı yüksək texnologiyalı, innovativ, elmi və ümumilikdə müasir ol­ma­lı­dır. Aparılan araşdırmalar göstərir ki, Azərbaycan iqtisadiyyatının qeyri-xammal ixracat iq­ti­sa­di sisteminə keçməsinə ölkə daxilində istehsalın inkişafına investisiya qo­­yuluşunun ge­niş­lən­dirilməsi və düzgün bölüşdürülməsi yolu ilə nail olmaq olar.

Məqalədə  Azərbaycan Respublikasının iqtisadi modelinin yaradılması  istiqamətində  he­sab­­lana bilinən ümumi tarazlıq modelinin (ÜTM) yaradılması prosesində modelin baza struk­­tur­la­rının qurulması üzrə tədqiqatlar aparılmışdır. Tədqiqat işində Azərbaycan iqti­sa­diy­ya­tının davranış modelini qurmaq üçün istifadə ediləcək ÜTM-nin bir çox parametrinin mən­bə­yi olan Sosial Hesablar Matrisinin (SHM-in) birləşdirilmiş sxemi  qurulmuşdur. Modelin həlli üçün “ev təsərrüfatı” üzrə (modelin tərkib hissəsi) nəzarət məlumatları toplanaraq və sınaq hesablamaları aparılmışdır.

Açar sözlər: Ümumi tarazlıq modeli, bazar iqtisadiyyatı, Sosial Hesablar Matrisi  (SHM),  Z  Matrisi, Azərbaycan iqtisadiyyatı, parametrləşmə metodları,  ev təsərrüfatı sek-toru.

Fayl

PDF

Buraxılış

№2 - 2019

Müəllif

Axundov Vidadi Cahangir oğlu

Rüstəmov İlham Samil oğlu