AZƏRBAYCAN RESPUBLİKASINDA VERGİ POTENSİALININ ARTIRILMASI İSTİQAMƏTLƏRİ

X ÜL A S Ə

Tədqiqatın məqsədi – ölkədə vergi sahəsində mövcud çatışmazlıqların müəyyən edilərək onların aradan qaldırılması istiqamətində nəzəri və praktiki təkliflərin verilməsindən ibarətdir.

Tədqiqatın metodologiyası – məqalə işlənib hazırlanarkən, ölkənin vergi sistemi kompleks şəkildə təhlil edilmiş, aparıcı dünya dövlətlərinin vergi sahəsində tətbiq etdiyi siyasət və proqramlar araşdırılmış, deskriptiv yanaşma ilə birlikdə, analitik yanaşma da tətbiq edilmiş, iqtisadi-statistik məlumatlardan istifadə edilmiş, o cümlədən müqayisəli təhlil aparılmışdır.

Tədqiqatın tətbiqi əhəmiyyəti – vergilər dövlət büdcəsinin formalaşmasının əsasını təşkil edir. Aparılan bu araşdırmada ölkədəki vergi inzibatçılığı ilə yanaşı vergi qanunvericiliyi təhlil edilmiş, göstərilən sahələrdəki mövcud çatışmazlıqlar müəyyən edilərək onların inkişafı istiqamətləri müəyyən edilmişdir. Bununla yanaşı ölkədə vergi potensialının artırılması istiqamətində vergitutma bazasının genişləndirilməsi üçün təkliflər irəli sürülmüşdür. İrəli sürülən təkliflərin tətbiq edilməsi ölkədə mövcud vergi potensialının aşkara çıxarılması, vergi qanunvericiliyinin təkmilləşdirilməsi, o cümlədən, vergidən yayınma hallarının qarşısının alınması yolu ilə büdcəyə vergi daxilolmalarının artırılmasına, büdcə kəsirinin aradan qaldırılmasına və nəticədə ümumi iqtisadi inkişafa təkan verəcəkdir.

Tədqiqatın nəticələri – tədqiqatda göstərilən inkişaf istiqamətləri üzrə müəyyən edilən tədbirlərin tətbiqi ölkəmizdə vergi sahəsində olan çatışmazlıqların aradan qaldırılmasına, resursların səmərəli istifadə edilməsinə, mövcud xərclərin azaldılmasına, vergidən yayınma hallarının aradan qaldırılmasına, ölkəmizə xarici investorların cəlb edilməsinin stimullaşdırılmasına, o cümlədən, vergi potensialının inkişafına və nəticədə büdcəyə vergilərdən daxilolmaların artmasına təkan verəcəkdir.

Tədqiqatın orijinallığı və elmi yeniliyi – vergi inzibatçılığında mövcud çatışmazlıqlar müəyyən edilərək onların aradan qaldırılması və vergitutma inzibatçılığının təkmilləşdirilməsi istiqamətləri üzrə nəzəri-praktiki tövsiyyələr hazırlanmış, o cümlədən, investisiyaların cəlb edilməsi üçün vergi stimullarının tətbiqi istiqamətləri müəyyən edilmişdir.

Açar sözlər: vergi potensialı, vergi islahatları, vergi stimulları, vergitutma bazası, vergi inzibatçılığı, vergidən yayınma.

 

http://doi.org/10.59610/bbu4.2024.4.6

Fayl

PDF

Buraxılış

№4 - 2024

Müəllif

Həsənov Həsən Sarif oğlu