AUDİTOR XİDMƏTİNİN İNKİŞAFI DİNAMİK-İNKLÜZİV VƏ SOSİAL TƏRƏQQİYƏ ƏSASLANAN CƏMİYYƏT MODELİNDƏ HAQLI RƏQABƏT MÜHİTİNİN FORMALAŞDIRILMASININ TƏMİNATI QİSMİNDƏ

XÜLASƏ

Tədqiqatın əsas məqsədi auditor xidmətlərinin şəffaflıq və sabitlik əsasında haqlı rəqabət mühitinin formalaşmasına tövhəsini araşdırmaq, bu xidmətlərin dinamik-inklüziv sosial tərəqqiyə əsaslanan cəmiyyət modelinin formalaşmasındakı rolunu və mövcud səviyyəsini qiymətləndirməkdir. Eyni zamanda auditor xidmətlərinin inkişaf istiqamətlərini müəyyən edərək ölkədə iqtisadi tərəqqiyə, inkişafa və etimad mühitinə tövhə verməkdir.

Tədqiqatın metodologiyası - tədqiqat kvantitativ və keyfiyyət metodlarına, eləcə də direktiv analizlərə əsaslanır. Məqalədə 2019-2023-cü illər ərzində audit xidmət bazarında müqavilələrin məcburi və könüllü audit üzrə müqayisəsi, xarici və yerli auditorların fəaliyyəti, müqavilələrin say və həcmindəki payları, artım və azalma meylləri, həmçinin 2023-cü ildə müəyyən edilmiş minimum tələblərə əməl səviyyəsi və problemlərin həlli yolları təhlil edilmişdir.

Tədqiqatın tətbiqi əhəmiyyəti auditor xidmətinin inklüziv sosial tərəqqiyə əsaslanan cəmiyyətdə haqlı rəqabət mühitinin yaradılmasında qarşılaşdığı problemlər müəyyən edilmiş və bu xidmətin əlçatanlığının artırılması, inkişafı üçün koordinasiyalı yanaşmanın istinad mənbəyi kimi əhəmiyyəti vurğulanmışdır.

Tədqiqatın nəticələri Azərbaycan Respublikasında auditor xidmətinə təkmil və təşəkküllənmiş forma yanaşmanın inkişaf etdirilməməsi sübut olunmuşdur.

Tədqiqatın orijinallığı və elmi yeniliyi ölkədə auditor xidmətinin hazırki səviyyəsinin, auditor xidmətinin kordinasiyalı izlənməməsinin, təbliğat və təşviqatın zəif olması, minimum hədlərinə əməl olunmasına nəzarətin qənaətbəxş olmaması, ölkə üzrə əlçatanlığın təmin olunmaması, regionlarda inkişaf səviyyəsinin aşağı olması inklüziv və sosial tərəqqiyə əsaslanan cəmiyyət modelində haqlı rəqabət mühitinin formalaşmasının təminatı qismində qənaətbəxş olmamasının təhlillər nəticəsində əsaslandırılmasına dayanaraq məqalə orijinal tədqiqat işi kimi qəbul edilə bilər.

Açar sözlər: audit xidmətihaqlı rəqabətsosial tərəqqiinklüziv inkişaf.

 

http://doi.org/10.59610/bbu4.2024.4.2

Fayl

PDF

Buraxılış

№4 - 2024

Müəllif

Qasımova İlhamə Valeh qızı