X ÜL A S Ə
Tədqiqatın məqsədi - kriptovalyuta mübadilə əməliyyatları üzrə Azərbaycanda hüquqi tənzimləmələrin yaradılması üçün istiqamətlərin təklif edilməsidir.
Tədqiqatın metodologiyası – kriptovalyutaların mübadilə əməliyyatları üzrə ABŞ və Birləşmiş Krallıqda toplanmış təcrübələr müqayisəli analiz və digər metodlar vasitəsilə öyrənilmişdir.
Tədqiqatın tətbiqi əhəmiyyəti - kriptovalyuta mübadiləsi əməliyyatları dünya kapital bazarının qloballaşması şəraitində maliyyə münasibətlərinin inkişafına təkan verən əsas vasitələrdən biridir.
Tədqiqatın nəticələri – ABŞ və Birləşmiş Krallıqda kriptovalyuta əməliyyatları üzrə əldə olunmuş təcrübələrə əsasən onların Azərbaycanda inkişaf yolları müəyyən edilmişdir.
Tədqiqatın orijinallığı və elmi yeniliyi – Azərbaycanda kriptovalyutaların tənzim- lənməsi ilə bağlı müvafiq ədəbiyyat və qanunvericilik olmadığı üçün sözügedən tədqiqat bu sahə üzrə yeganə elmi ədəbiyyat sayıla bilər.
Açar sözlər: kriptovalyutaların mübadilə əməliyyatları, AML, KYC, hüquqi tənzimləmələr, requlativ mühit.