TİKİNTİ SAHƏSİNİN AZƏRBAYCANIN İQTİSADİ İNKİŞAFINA TƏSİRİ MEXANİZMİ

Tədqiqatın məqsədi tikinti sənayesinin Azərbaycanın iqtisadi inkişafındakı mövcud rolunu və potensialını araşdırmaq, inkişaf imkanlarını və mövcud problemlərini təhlil etmək.

Tədqiqatın metodologiyası tədqiqat prosesi statistik məlumatların təhlili, ixtisasçıların və mütəxəssis fikirlərinin toplanması və müzakirəsi, sahədəki müşahidələr və mövcud tikinti layihələrinin təhlili ilə həyata keçirilir.

Tədqiqatın tətbiqi əhəmiyyəti tədqiqatın nəticələri qərarvericilər və iqtisadiyyatın inkişafında məsuliyyət daşıyan tərəflər üçün strateji planlama və formalaşdırma proseslərində əsaslı strategiyalar təklif edir.

Tədqiqatın nəticələri - tikinti sənayesinin Azərbaycan iqtisadiyyatına təsiri və potensialı ilə bağlı nəzəri və əməli məsləhətlər, iqtisadi inkişafın müxtəlif sahələrində irəliləmə üçün strateji yolları ehtiva edir.

Tədqiqatın orijinallığı və elmi yeniliyi bu tədqiqat Azərbaycanın iqtisadi inkişafında tikinti sənayesinin rolu ilə bağlı ən son elmi məlumatları və statistik məlumatları əks etdirir. Həmçinin, mövcud tikinti sənayesinin əhəmiyyətini və gələcəkdəki inkişaf imkanlarını öyrənməyə yönəlmiş orijinal bir tədqiqat işi kimi dəyərləndirilə bilər.

Açar sözlər: inşaat sənayesi, iqtisadi inkişaf, infrastruktur, urbanizasiya, ÜDM artımı, sənayeləşmə, tənzimləyici islahatlar, davamlılıq təşəbbüsləri.

 

http://doi.org/10.59610/bbu3.2024.3.10

Fayl

PDF

Buraxılış

№3 - 2024

Müəllif

Musayev Xəzər Akif oğlu