RƏQƏMSAL NƏQLİYYAT XİDMƏTİNİN İNKİŞAFINDA SÜNİ İNTELLEKTİN TƏTBİQİ MƏSƏLƏLƏRİ

Tədqiqatın məqsədi Azərbaycanda rəqəmsal nəqliyyat xidmətlərinin inkişafında süni intellektin tətbiqinin vacibliyini və effektivliyini araşdırmaqla tətbiq imkanlarını öyrənməkdir. 

Tədqiqatın metodologiyası süni intellektin rəqəmsal nəqliyyat xidmətlərində tətbiqinin dərin və geniş bir şəkildə araşdırılmasını təmin etmək üçün müxtəlif tədqiqat yanaşmalarını birləşdirir.

Tədqiqatın tətbiqi əhəmiyyəti - süni intellektin rəqəmsal nəqliyyat xidmətlərində tətbiqi sahəsində praktiki nəticələr və innovativ yanaşmalar təqdim edilmişdir.

Tədqiqatın nəticələri – gələcəkdə süni intellektin digər müasir texnologiyalarla birləşdirilməsi, nəqliyyat sistemlərinin daha səmərəli, innovativ və təhlükəsiz olmasına imkan tanıyacaq. Bu yanaşma, müasir nəqliyyat xidmətlərinin inkişafını sürətləndirərək, müştəri təcrübəsini daha da yaxşılaşdıracaqdır.

Tədqiqatın orijinallığı və elmi yeniliyi - süni intellektin rəqəmsal nəqliyyat xidmətlərində tətbiqi sahəsində yeni yanaşmaların təqdim olunmasında və bu yanaşmaların lokal və beynəlxalq kontekstdə dərinləşdirilməsində özünü göstərir.

Açar sözlərrəqəmsal nəqliyyat, süni intellekt, nəqliyyat xidmətləri, tətbiq mexanizmləri, iqtisadi səmərəlilik, avtomatlaşdırma.

 

http://doi.org/10.59610/bbu3.2024.3.8

Fayl

PDF

Buraxılış

№3 - 2024

Müəllif

Rəcəbli İlknur Rahib oğlu