İŞĞALDAN AZAD EDİLMİŞ ƏRAZİLƏRDƏ AQRAR-SƏNAYE PARKLARININ FORMALAŞMASI VƏ İNKİŞAF İSTİQAMƏTLƏRİ

Tədqiqatın məqsədi - işğaldan azad edilmiş ərazilərdə aqrar-sənaye parklarının forma- laşdırılması yollarını tədqiq etmək və inkişaf istiqamətlərini müəyyənləşdirməkdən ibarətdir.

Tədqiqatın metodologiyası – elmi araşdırmada təhlil və sintez metodundan istifadə edilib.

Tədqiqatın tətbiqi əhəmiyyəti - işğaldan azad edilmiş ərazilərin iqtisadi-coğrafi imkanlarından istifadə etməklə, aqrar və emal müəssisələrin fəaliyyətini təmin etmək, sənaye məhsulları istehsal etməklə ölkənin iqtisadi inkişafına töhfə verməkdən ibarətdir.

Tədqiqatın nəticələri - işğaldan azad edilmiş ərazilərdə aqrar-sənaye parkları yaratmaqla ölkənin və regionun iqtisadi inkişafına töhfə vermək və həmin ərazidə əhalinin məşğulluğunu təmin etməkdən ibarətdir.

Tədqiqatın orijinallığı və elmi yeniliyi - aqrar və emal müəsssisələrinin iqtisadi və coğrafi birliyinin əsasında sənaye və aqrar zonaların maliyyə-təsərrüfat fəaliyyətinin sintezinə nail olmaqdan, bu sintezin nəticəsində yeni idarəetmə sistemini formalaşdırmaqdan ibarətdir.

Açar sözlər: işğal, ərazi, sənaye, park, emal, idarəetmə, iqtisadi rayon, kənd təsərrüfatı.

 

http://doi.org/10.59610/bbu3.2024.3.4

Fayl

PDF

Buraxılış

№3 - 2024

Müəllif

Sadıqov Rahim Fərahim oğlu