KOMMERSİYA BANKLARINDA MƏCMU KAPİTAL MALİYYƏ SABİTLİYİNİN TƏMİNATÇISI KİMİ

Tədqiqatın məqsədi – bank sisteminin fəaliyyətində məcmu kapitalın maliyyə sabitliyinin təminatçısı kimi kompleks təhlilini təmin etməkdir.

Tədqiqatın metodologiyası – tədqiqatda məcmu kapitalın bankların fəaliyyətində rolu barədə nəzəri məlumatlar verilmiş, Paşa Bank və Kapital Bankın bir sıra maliyyə göstəriciləri əsasında təhlillər aparılmışdır.

Tədqiqatın tətbiqi əhəmiyyəti – məcmu kapitalın düzgün formalaşdırılması və idarə edilməsi bankların fəaliyyətinə birbaşa təsir göstərir və bu hal həm banklarda, həm də ümumiyyətlə iqtisadiyyatda maliyyə sabitliyinin yaradılmasına imkan verir.

Tədqiqatın nəticələri – kommersiya banklarında məcmu kapitalın maliyyə sabitliyinin və dayanıqlılığının yüksəldilməsinə təsir mexanizmini təhlil edib qiymətləndirməkdən ibarətdir. 

Tədqiqatın orijinallığı və elmi yeniliyi – bu tədqiqat bank sistemində məcmu kapitalın rolunu, Paşa Bank və Kapital Bankın timsalında müvafiq maliyyə göstəricilərinin analizini əks etdirir.

Açar sözlər: bank, məcmu kapital, ilkin kapital, əlavə kapital, dayanıqlılıq, kredit.

 

http://doi.org/10.59610/bbu3.2024.3.3

Fayl

PDF

Buraxılış

№3 - 2024

Müəllif

Kərimli Mehrab Mehdi oğlu