MÜASİR DÖVRDƏ RƏQƏMSAL YANAŞMANIN BİZNES VƏ RƏQABƏT MÜHİTİNƏ TƏSİRİ İSTİQAMƏTLƏRİ (Şərqi Zəngəzur iqtisadi rayonunun timsalında)

Tədqiqatın məqsədi -  rəqəmsallaşmanın biznes və rəqabət mühitinə təsirlərini, vəd etdiyi üs­tün­lükləri araşdırmaq, rəqəmsal iqtisadiyyatda biznes və rəqabət mühitinin formalaşması xü­su­siy­yətlərini aydınlaşdırmaq, eləcə də rəqəmsal texnologiyaların tətbiqi ilə əlverişli biznes və rə­qa­bət mühitinin formalaşması istiqamətində təklif və tövsiyələr işləyib hazırlamaqdan ibarətdir.    

Tədqiqatın metodologiyası - tədqiqat işinin yerinə yetirilməsi zamanı induksiya, de­duk­si­ya, analiz, sintez, müqayisəli təhlil metodlarından istifadə edilmişdir.

Tədqiqatın tətbiqi əhəmiyyəti - tədqiqat zamanı rəqəmsal texnologiyaların tətbiqi ilə əlve­riş­li biz­nes və rəqabət mühitinin formalaşdırılması istiqamətində irəli sürülən təklif və tövsiyələr re­­­gio­nun (Şərqi Zəngəzur iqtisadi rayonunun) inkişafında, regionda özəl sektorun inkişafında tətbiq edi­lə bilər. 

Tədqiqatın nəticələri  -  rəqəmsallaşmanın təsirləri izah edilir, rəqəmsal tex­no­lo­gi­yaların tət­­biqi ilə əlverişli biznes və rəqabət mühitinin formalaşdırılması yolları tədqiq olunur.     

Tədqiqatın orijinallığı və elmi yeniliyi -  rəqəmsallaşma, biznes və rəqabət mühiti, re­gi­o­nal inkişaf istiqamətində çoxsaylı və genişmiqyaslı araşdırmalar aparılsa da, bu məsələlər komp­leks şəkildə ilk dəfədir araşdırılır. Məqalənin sonunda regionda, konkret olaraq Şərqi Zəngəzurda əl­­verişli mühitin yaradılması, özəl sektorun inkişafı istiqamətində rəqəmsallaşmanın geniş tətbiqi və infrastruktur təminatın təkmilləşdirilməsi istiqamətində təklif və tövsiyələr verilmişdir.

Açar sözlər: rəqəmsallaşma, biznes mühiti, rəqabət mühiti, infrastruktur təminatı, smart (ağıl­lı) texnologiyalar, regional inkişaf indeksi.  

 

http://doi.org/10.59610/bbu2.2024.2.10

Fayl

PDF

Buraxılış

№2 - 2024

Müəllif

Əsədzadə Zaur Ədalət oğlu