REGİONLARDA AQRAR EMAL SƏNAYESİNİN İNKİŞAF PERSPEKTİVLƏRİ

Tədqiqatın məqsədi - regional aqrar emal sənayesinin inkişafının təmin edilməsinin əsas is­tiqamətlərini müəyyən etmək və bu sahədə dövlətin tənzimləmə metodlarının xüsusiyyətlərini açıq­lamaq, təkmilləşdirilməsi yollarını müəyyən etməkdir.

Tədqiqatın metodologiyası - tədqiqat zamanı müşahidə, təhlil, müqayisə, qruplaşdırma me­tod­larından istifadə edilmişdir. 

Tədqiqatın tətbiqi əhəmiyyəti  -  regional iqtisadiyyatın inkişafı üçün təklif edilən me­tod və vasitələr dövlət qurumları və sahibkarlar tərəfindən istifadə edilə bilər.

Tədqiqatın nəticələri  -  tədqiqat nəticəsində regional iqtisadiyyatın inkişafında aqrar sa­hə­nin əhatə etdiyi sahələr arasında qarşılıqlı iqtisadi əlaqələrinin inkişafının əhəmiyyəti tədqiq edil­mişdir.  

Tədqiqatın orijinallığı və elmi yeniliyi - təhlil göstərir ki, Azərbaycanda kənd təsər­rü­fatı­nın inkişafında mühüm rola malik olan aqrar emal sənayesi qeyri-bərabər bölünmüş və onlar əsa­sən paytaxt Bakı və ona yaxın olan şəhər və rayonlarda cəmlənmişdir. Regionlarda aqrar sa­həni əhatə edən sahələrin inkişafı dövlət tərəfindən xüsusi layihə və proqramlarla aktiv şəkildə dəs­təklənməlidir. Regionlarda inkişafı təmin etmək üçün yeni tənzimləmə üsul və mexanizmlərə eh­tiyac artmışdır. Odur ki, iqtisadi rayonlar üzrə inzibati, iqtisadi, institusional metodlar üzrə tək­lif edilən mexanizmlər yenidir.

Açar sözlər: aqrar emal sənayesi, kənd təsərrüfatı, məhsul istehsal, regional inkişaf, gə­lir­lər, fermer.

 

http://doi.org/10.59610/bbu2.2024.2.11

Fayl

PDF

Buraxılış

№2 - 2024

Müəllif

Səfərov Cəlal Nəsimi oğlu