Tədqiqatın məqsədi - beynəlxalq ticarətin müasir xüsusiyyətlərini nəzərə alaraq xidmətlər üzrə beynəlxalq ticarət əlaqələrinin inkişaf istiqamətlərinin təhlil edilməsidir.
Tədqiqatın metodologiyası - müqayisəli analiz, müqayisəli təhlil, statistik metodlardan istifadə edilmişdir.
Tədqiqatın tətbiqi əhəmiyyəti - beynəlxalq xidmət ticarətinin beynəlxalq iqtisadi əlaqələrdə yeri araşdırılmışdır. Dünya dövlətlərinin xidmət ticarətindən istifadə istiqamətləri təhlil edilmişdir.
Tədqiqatın nəticələri - dövlətlərin xidməti ticarət üzrə inkişafının göstəriciləri, növlərinin müasir meyilləri müəyyən edilmiş, inkişafı istiqamətləri göstərilmişdir.
Tədqiqatın orijinallığı və elmi yeniliyi - dünya ÜDM-də xidmət sahələrinin əhəmiyyətli yer almasının müsbət və mənfi tərəfləri müəyyən edilmişdir. Ölkələrin beynəlxalq inteqrasiya olunmasında, əmək bölgüsündə xidmət ticarətinin, elmi texniki biliklər üzrə xarici ticarət əlaqələrinin genişləndirilməsi və ticarətdə rolunun artırılması üzrə tövsiyə xarakterli təkliflər irəli sürülmüşdür.
Açar sözlər: xidmət üzrə beynəlxalq ticarət, idxal, ixrac, injinirinq, reinjinirinq, françayzinq, beynəlxalq turizm.