Tədqiqatın məqsədi - dövlətlərarası iqtisadi əlaqələrin genişləndiyi şəraitdə beynəlxalq iqtisadiyyatın tənzimlənməsinin müqayisəli dəyərləndirilməsinə uyğun tövsiyələr hazırlamaqdır.
Tədqiqatın metodologiyası - tədqiqatda müqayisəli və sistemli təhlil, analiz və sintez, həmçinin məntiqi ümumiləşdirmə metodlarından istifadə edilmişdir.
Tədqiqatın tətbiqi əhəmiyyəti - qloballaşma şəraitində beynəlxalq iqtisadiyyatın tənzimlənməsi sisteminin müqayisəli qiymətləndirilməsi üzrə optimal variantın müəyyən edilib ortaya çıxarılması və ondan istifadə olunmasıdır.
Tədqiqatın nəticələri - ölkələrin beynəlxalq iqtisadi əlaqələrinin tənzimlənməsi sistemində optimal mexanizmlər üzrə təkliflər konkretləşdirilib və elmi əsaslandırılıb.
Tədqiqatın orijinallığı və elmi yeniliyi - beynəlxalq iqtisadiyyatın tənzimlənməsinin müqayisəli qiymətləndirilməsi mexanizminin müəyyən edilməsi və tənzimlənmənin təkmilləşdirilməsi istiqamətlərinin təhlil edilməsidir.
Açar sözlər: beynəlxalq iqtisadiyyatın tənzimlənməsi, dövlətin iqtisadi siyasəti, iqtisadi qloballaşma, xarici iqtisadi siyasət, tarif tənzimlənməsi, qeyri- tarif tənzimlənmə.