Tədqiqatın məqsədi - Azərbaycanda bank sisteminin struktur və təmərküzləşmə səviyyəsinin mövcud vəziyyətinin müvafiq indikatorlar əsasında qiymətləndirilməsidir.
Tədqiqatın metodologiyası - tədqiqat işində müqayisəli təhlil, məntiqi ümumiləşdirmə, sistemli yanaşma, riyazi təhlil metodlarından istifadə edilib.
Tədqiqatın tətbiqi əhəmiyyəti - tədqiqatda araşdırılmış əsaslı təhlillər iqtisadi səmərəliliyin yüksəldilməsi və banklararası rəqabət münasibətlərinin tənzimlənməsi üçün istifadə edilə bilər.
Tədqiqatın nəticələri - bank sisteminin strukturu və rəqabət məsələsi iqtisadi münasibətlərin tənzimlənməsində önəmlidir. Buna görə mövcud meyillərin nəzərə alınması milli iqtisadiyyatın stimullaşdırılması üçün əhəmiyyətli ola bilər.
Tədqiqatın orijinallığı və elmi yeniliyi - bankların böyük, orta və kiçik olması müəyyənləşdirilmiş, əmanətlərin dollarlaşma səviyyəsi və iqtisadiyyatın sahələri üzrə kreditlərin təmərküzləşmə səviyyəsi müəyənləşmişdir.
Açar sözlər: Herfindal-Hirşman indeksi, təmərküzləşmə səviyyəsi, dollarlaşma səviyyəsi, iqtisadiyyatın kreditləşməsi.