Tədqiqatın məqsədi - pensiyaçıların layiqli pensiya təminatına, sığortasız vətəndaşların sosial sığortaya cəlb edilməsinə və dövlət büdcəsində çatışmayan vəsaitlərin ödənilməsinə yönəlmiş Dövlət Sosial Müdafiə Fondu sistemində aparılan islahatların təhlilidir.
Tədqiqatın metodologiyası - statistik məlumatların təhlili əsasında pensiya sisteminin mövcud vəziyyətinin qiymətləndirilməsindən ibarətdir.
Tədqiqatın praktiki əhəmiyyəti - məqalə nəzərdən keçirilən sahədə gələcək tədqiqatlar üçün nəzəri əsas kimi çıxış edə bilər və bu məqalədə irəli sürülən təkliflər Dövlət Sosial Müdafiə Fondunun praktiki fəaliyyətində istifadə edilə bilər.
Tədqiqatın nəticələri - araşdırmanın nəticələri sosial sığorta haqlarının yığılması mexanizminin təkmilləşdirilməsi ilə bağlı təkliflərin verilməsindən ibarətdir.
Tədqiqatın orijinallığı və elmi yeniliyi - ondan ibarətdir ki, tədqiqat əmək bazarının balanslaşdırılmış fəaliyyətini əməyə tələb və onun təklifi arasında bərabərliyə nail olmaq kimi şərh edən yanaşmadan imtina etməyi təklif edən ilk əsərdir. Qeyd olunur ki, milli əmək bazarının cəmiyyətin tələb etdiyi səmərəlilik dərəcəsi ilə fəaliyyət göstərməsi üçün dövlətin həm bütövlükdə cəmiyyətin sosial-iqtisadi sisteminin, həm də onun tərkib hissəsinin inkişafının sabitləşdirilməsinə diqqətini artırmaq lazımdır.
Açar sözlər: toplanan pensiya sistemi, pensiya sistemi, pensiyaların indeksləşdirilməsi, sosial ayırmalar, pensiyaçıların sayı, dövlət büdcəsindən transfertlər, gözlənilən ömür uzunluğu, əmək haqqının səviyyəsi.
http://doi.org/10.59610/bbu2.2024.2.2