Tədqiqatın məqsədi - beynəlxalq audit kontekstində rəqəmsal dəyişikliyə uğurla uyğunlaşmaq üçün auditorlar tərəfindən istifadə olunan strategiyaların kompleks təhlilini təmin etməkdir.
Tədqiqatın metodologiyası - sistemli yanaşma, təhlil və müxtəlif tədqiqatçıların elmi əsərlərindəki nəzəri baxışların ümumiləşdirilməsindən ibarətdir.
Tədqiqatın tətbiqi əhəmiyyəti - Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatda beynəlxalq auditin təşkili və inkişafı ilə bağlı aktual problemlərin həll olunmasında istifadə edilə bilər.
Tədqiqatın nəticələri - qlobal çağırışlar və ölkənin davamlı, sosial-iqtisadi inkişafının səviyyəsini nəzərə almaqla beynəlxalq auditin formalaşması ilə yanaşı, təklif və tövsiyələrin hazırlanmasından ibarətdir.
Tədqiqatın orijinallığı və elmi yeniliyi - tədqiqatda beynəlxalq auditin təşkilinin xarakterik xüsusiyyətlərinə dair müasir baxışlar formalaşdırılmış, müxtəlif alimlərin elm əsərlərində və mövcud qanunlardan bəhrələnməklə, həmin problemlər üzrə əsaslandırılmış ciddi mexanizmlər müəyyənləşdirilmiş və bunlara dair metodoloji üsullar verilmişdir.
Açar sözlər: texnoloji tərəqqi, kibertəhlükəsizlik, blokçeyn texnologiyası, böyük verilənlərin təhlili, standartlar.