Tədqiqatın məqsədi – ölkənin xarici iqtisadi əlaqələrinin dövlət tərəfindən idarə edilməsinin zəruriliyini və əsas istiqamətlərini təhlil edib zəruri əhəmiyyət kəsb edən təkliflərin hazırlanmasından ibarətdir.
Tədqiqatın metodologiyası – tədqiqat zamanı təhlil metodundan, müqayisə, qruplaşdırma metodundan istifadə edilmişdir.
Tədqiqatın nəticələri - tədqiqat nəticəsində istənilən ölkənin xarici iqtisadi əlaqələrinin idarə edilməsinin dövlətlərin iqtisadi inkişafına təsirinin xarakteri müəyyən edilmişdir.
Tədqiqatın tətbiqi əhəmiyyəti - hər bir ölkə aşıq iqtisadiyyat şəraitində özünün xarici iqtisadi əlaqələrinin idarə edilməsini təmin etməlidir. Bu məqsədlə müxtəlif metodlardan is-tifadə edilməlidir.
Tədqiqatın orijinallığı və elmi yeniliyi - ölkələrin xarici iqtisadi əlaqələrində dövlət idarəedilməsi vasitələri kimi, milli iqtisadi maraqlar naminə iqtisadi metodlarla yanaşı, qeyri- iqtisadi üsullardan istifadə edilməlidir. Xarici iqtisadi əlaqələrdə dövlətlərin idarəetmə mexa-nizmləri işlənib hazırlanmışdır.
Açar sözlər: xarici ticarət, dövlət idarəetməsi, iqtisadi metodlar, inzibati metodlar, iqtisadi sabitlik, bazar mexanizmi.