MİLLİ MƏNAFE VƏ TƏHLÜKƏSİZLİYİN REALLAŞDIRILMASINDA XARİCİ TİCARƏTİN ROLU

Tədqiqatın məqsədi  milli mənafe və təhlükəsizliyin təmini baxımından xarici ticarətin rolunu araşdırmaq, bu istiqamətdə yeni tendensiyaları təyin etməkdən ibarətdir.

Tədqiqatın metodologiyası - tədqiqat işinin yerinə yetirilməsi zamanı təhlil, müqayisə, qruplaşdırma metodlarından istifadə edilmişdir.

Tədqiqatın tətbiqi əhəmiyyəti - milli mənafe və təhlükəsizlik terminlərinə fərqli və oxşar baxışlar təhlil edilmiş, xarici və yerli alimlərin fikirləri açıqlanmışdır. Azərbaycanın milli mənafenin qorunması və təhlükəsizliyinin təmini aspektində xarici ticarətin təhlili aparılmışdır.

Tədqiqatın nəticələri – xarici ticarətin milli mənafe və təhlükəsizlik baxımından rolunun çoxşaxəli olması və vahid bir yanaşmanın olmaması bu sahədə təqdiqatın aparılmasına ehtiyacın yarandığını göstərir. İndiyə qədər mövcud olan heç bir iqtisadi nəzəriyyə bu mürəkkəb əlaqəni tam əhatə edə bilməsə də, onların sintezi dəyişən qlobal mənzərədə iqtisadi inkişafa, milli təhlükəsizlik və beynəlxalq əməkdaşlığa üstünlük verən adaptiv ticarət strategiyalarını hazırlamaq üçün bir bazadır. Ölkəmizdə neft və neft məhsullarının ixracda xüsusi çəkisinin yüksək olması xarici ticarət əlaqələrində yeni yanaşmanın reallaşmasını zəruri edir.

Tədqiqatın orijinallığı və elmi yeniliyi – milli maraq və təhlükəsizliyin təminində xarici ticarətin rollarına dair nəzəri yanaşmaların, həmçinin milli mənafe və təhlükəsizliyin tə-minində xarici ticarətin rollarının sxematik qruplaşdırılaraq verilməsi tədqiqatın elmi yeniliyini əks etdirir.

Açar sözlər: xarici ticarət, mənafe, təhlükəsizlik, beynəlxalq təcrübə, tənzimləmə.

 

https://doi.org/10.59610/bbu1.2024.1.10

Fayl

PDF

Buraxılış

№1 - 2024

Müəllif

Məmmədov Fuad Elxan oğlu