ƏHALİYƏ SƏHİYYƏ XİDMƏTLƏRİNİN GÖSTƏRİLMƏSİ VƏ DEMOQRAFİK İNKİŞAF: AZƏRBAYCAN NÜMUNƏSİNDƏ

Tədqiqatın məqsədi - Azərbaycanın səhiyyə sistemində son dövrdə gedən proseslərə, o cümlədən bu proseslərin əhalinin təkrar istehsal göstəricilərindən hesab olunan doğumda gözlənilən ömür uzunluğuna təsiri nəzərə alınaraq əldə olunan nailiyyətləri təhlil etməkdən və çağırışlar nəzərə alınaraq mümkün inkişaf perspektivləri müəyyənləşdirməkdən ibarətdir. 

Tədqiqatın metodologiyası - araşdırmada analiz və müqayisəli təhlil metodlarından istifadə olunmuşdur. 

Tədqiqatın praktiki əhəmiyyəti - sektorun kompleks təhlili mövcud vəziyyəti anlamaqda və əhalinin keyfiyyətilə bağlı demoqrafik inkişaf konsepsiyasında nəzər tutulan fəaliy-yətlərin uğurla həyata keçirilməsində mühüm rol oynayır. Bu araşdırma gələcəkdə ekonomet­rik modellərdən istifadə edərək səhiyyə göstəriciləri və demoqrafik göstəricilər arasında əlaqələrin təhlil olunmasında zəmin rolunu oynayır.

Tədqiqatın nəticələri - səhiyyədə baş verən islahatlar əhalinin tibbi xidmətlərə əlçatanlığını artırmış, ömür uzunluğu artmışdır. Bununla yanaşı, müəyyyən edilmişdir ki, Azər-baycanın səhiyyənin inkişaf göstəricilərində  mövcud olan regional fərqliliklər, ÜDM-də səhiyyə xərclərinin payının az olması kimi ən vacib çağırışların həllində Ailə Həkimi İnstitu-tunun formalaşdırılması və özəl dövlət tibb müəssisələri arasında əməkdaşlığın genişləndirilməsi mühüm əhəmiyyət kəsb edir.

Tədqiqatın orijinallığı və elmi yeniliyi - səhiyyə sistemində gedən proseslərin demoqrafik göstəricilə əlaqələndirilərək kompleks şəkildə təhlil olunmuş, diskriptiv təhlil zamanı tibb sahəsində gedən müsbət tendensiyalar ilə yanaşı, ömür uzunluğunun da artması müəyyən olunmuşdur. 

Açar sözlər: tibbi xidmətlər, sağlam həyat tərzi, icbari tibbi sığorta, ailə həkimi institutu, əhalinin rifahı, doğulanda gözlənilən ömür uzunluğu.

 

https://doi.org/10.59610/bbu1.2024.1.9

Fayl

PDF

Buraxılış

№1 - 2024

Müəllif

Cumazada Sabina Abdulla qızı