KAPİTAL AXINLARININ İDARƏ EDİLMƏSİ

Tədqiqatın məqsədi – iqtisadi əməliyyatları əks etdirən statistik sistem olan tədiyyə balansı ilə bərabər, bu sistemə təsir edən amillərin öyrənilməsindən, transsərhəd kapital axın-larına nəzarət tədbirlərinin tətbiqi ilə bağlı nəzəriyyəni və faktiki məlumatları təhlil etməkdən, bu alətin mümkün nəticələrini sistemləşdirməkdən, balans yaradılması və kapital axınlarının düzgün idarə edilməsindən, habelə onun müsbət və mənfi nəticələrini müəyyən etməkdən ibarətdir.

Tədqiqatın metodologiyası – tədqiqatda kapital axınlarının çoxistiqamətli təsirlərini araşdırmaq üçün mövzu üzrə təhlil, analiz, sintez və ikincili məlumat təhlili metodlarından is-tifadə edilmişdir.

Tədqiqatın tətbiqi əhəmiyyəti – bu tədqiqatın nəticələri elm xadimləri, siyasətçilər, analitiklər, maliyyə institutları, iqtisadiyyat sektorunda olan maraqlı tərəflər üçün makroiqtisadi təhlillər aparmaq, bununla əlaqədar siyasət formalaşdırmaq və  kapital axınının idarəedilməsi ilə bağlı model yaratmaq üzrə istifadə edilməsi mümkündür.

Tədqiqatın nəticələri – bu tədqiqat makroiqtisadi təhlilin ölkəyə iqtisadi sağlamlığına nəzarət etməyə, düzgün siyasət və təcrübələr inkişaf etdirməyə və uyğun artımı davam etdir-məyə, kapital axınının dəyişkənliyinin potensial mənfi tərəflərini azaltmaq üçün strategiyaları əhəmiyyətli şəkildə vurğulayır.

Tədqiqatın orijinallığı və elmi yeniliyi – tədqiqat sərhədlər arasında kapitalın hərəkətinin maliyyələşməyə çıxışının gücləndirilməsində, innovasiyaların, kapital axınının ölkəyə faydalarını təşviq edilməsində yarada biləcəyi problemlərin vacibliyini vurğulamaqla, iqtisadiyyatın ümumi rifahına töhfə verə bilər.

Açar sözlər: makroiqtisadiyyat, investisiya (XBİ və qlobal portfel), stabillik, diversifikasiya, maliyyə açıqlığı.

https://doi.org/10.59610/bbu1.2024.1.3

Fayl

PDF

Buraxılış

№1 - 2024

Müəllif

Abasov Azim Heydər oğlu