ELEKTRON UÇOT ŞƏRAİTİNDƏ KAPİTALIN AUDİTİ

Tədqiqatın məqsədi – kommersiya tipli müəssisələrdə elektron uçot registrlərində əks etdirilmiş informasiyalardan istifadə etməklə, kapitalın rəqəmsal auditinin təşkili məsələlərinin araşdırılmasından və bu əsasda auditin təkmilləşdirilməsinə dair təkliflərin irəli sürülməsindən ibarətdir.   

Tədqiqatın metodologiyası – kommersiya müəssisələrində kapitalın ilkin formalaşdırılmasına və inkişafına dair mövcud olan normativ-hüquqi materialların müvafiq müddəalarına əsaslanmaqla, onun auditi sahəsində müasir vəziyyətin araşdırılmasından və bunun əsasında kapi­talın rəqəmsal auditinin təşkili metodikasının işlənib hazırlanmasından ibarətdir.     

Tədqiqatın tətbiqi əhəmiyyəti – müəssisədə elektron mühasibat uçotunun tətbiq edildiyi şəraitdə kapitalın rəqəmsal auditinin aparılması imkanlarının reallaşdırıla bilməsindən ibarətdir ki, bunların da həyata keçirilməsi auditin müasir standartlara uyğun təkmilləşdirilməsinə şərait yaradacaqdır.    

Tədqiqatın nəticələri – müəssisədə elektron mühasibat uçotunun tətbiq edildiyi şəraitdə elektron daxili audit alt sistemi yaradıla bilər ki, bu da həm daxili auditin, həm də kənar auditin rəqəmsallaşdırılması üçün real töhfə ola bilər. Belə bir informasiya sisteminin mövcud olması kapitalın uçotu və maliyyə hesabatlarında informasiyaların düzgün əks etdirilməsinin daxili auditor tərəfindən mütəmadi olaraq nəzarətdə saxlanmasına əlverişli şərait yaratmış olur, kənar auditin keçirildiyi hallarda ona daxili audit xidməti tərəfindən əhəmiyyətli informasiyalar təqdim edilir.

Tədqiqatın orijinallığı və elmi yeniliyi – kapitalın rəqəmsal auditinin təşkili və aparılması metodikasına dair təkliflərin verilməsindən ibarətdir.

Açar sözlər: kommersiya müəssisələri, rəqəmsal audit, kapitalın təhlili, nizamnamə kapitalı.

https://doi.org/10.59610/bbu1.2024.1.2

Fayl

PDF

Buraxılış

№1 - 2024

Müəllif

Mehdiyev Vüqar Muxtar oğlu