KRİPTOVALYUTALARIN TƏSNİFLƏŞDİRİLMƏSİ VƏ MÜHASİBAT UÇOTUNDA ƏKS ETDİRİLMƏSİNƏ DAİR BƏZİ MƏSƏLƏLƏR

Tədqiqatın məqsədi – kriptovalyutaların təsnifləşdirilməsini araşdırmaq, onların MHBS-na uyğun olaraq uçot modelini təklif etməkdir.

Tədqiqatın metodologiyası – kriptovalyutaların uçotunu müvafiq standartlarda əks etdirilməsini əsaslandırmaq üçün müqayisəli analiz, üfuqi analiz  və digər təhlil metodlarından istifadə edilmişdir.

Tədqiqatın tətbiqi əhəmiyyəti – kriptovalyutaların aktiv kimi alınması və biznes əməliyyatlarında istifadə edilməsi ilə bağlı müvafiq standartların olmaması səbəbindən,  onların müha-sibat uçotunda əks etdirilməsinə dair rəqəmsal göstəricilər əsasında yeni uçot modelin qurulması və tətbiqi  məqsədəmüvafiqdir. 

Tədqiqatın nəticələri – müəssisələr, tədqiqat işində təklif edilən modeldən istifadə etməklə, 38 №-li MUBS-na əsasən kriptovalyutaları qeyri-maddi aktiv kimi uçota alandan sonra onların  digər aktivlərlə mübadilə nəticəsində fayda qazana bilərlər.

Tədqiqatın orijinallığı və elmi yeniliyi – kriptovalyutaların uçotu ilə bağlı müvafiq tən-zimləyici orqanlar tərəfindən qəbul edilmiş model olmadığı üçün məqalədə sözügedən aktivin uçotunun yeni modeli təklif edilir.

Açar sözlər: kriptovalyuta, qeyri-maddi aktiv, volatillik, uçot modeli, MHBS, MUBS.

http://doi.org/10.59610/bbu1.2024.1.1

Fayl

PDF

Buraxılış

№1 - 2024

Müəllif

Kəlbiyev Yaşar Atakişi oğlu

Cəfərov Elxan Orxan oğlu

Niftəliyev Sultan Qurban oğlu