Tədqiqatın məqsədi – sosial xidmət sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsinin əsas istiqamətlərinin kompleks tədqiq edilməsindən ibarətdir.
Tədqiqatın metodologiyası – tədqiqat zamanı təhlilin analiz, sintez, müqayisəli təhlil və s. kimi müxtəlif metodlardan istifadə edilmişdir.
Tədqiqatın nəticələri – sosial xidmət sahəsində normativ hüquqi bazanı təşkil edən çoxsaylı qanunların və digər qanunvericilik aktlarının vahid normativ hüquqi aktda – Sosial Xidmətlər Məcəlləsində birləşdirilməsi, sosial ixtisas üzrə təhsil alan tələbələrə yeni hüquq fənni – “Sosial işin hüquqi tənzimlənməsi”nin tədris olunması məsələsinə baxılması təklif olunur.
Tədqiqatın tətbiqi əhəmiyyəti – Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün Dövlət Proqramı”nın icrasına əsaslı töhfələr verə bilər.
Tədqiqatın orijinallığı və elmi yeniliyi – sosial xidmətin hüquqi tənzimlənməsi sahə-sində çoxsaylı qanunların və digər qanunvericilik aktlarının vahid məcəllədə birləşdirilməsinin zəruriliyi ilk dəfə olaraq elmi tədqiqat metodları ilə əsaslandırılmış, hüquqi tətbiqetmə sahəsində böyük təcrübi əhəmiyyəti və səmərəliliyi tədqiq olunmuşdur.
Açar sözlər: sosial xidmət, sosial iş, Sosial Xidmətlər Məcəlləsi, sosial işin hüquqi tənzimlənməsi, müqayisəli təhlil.