XARİCİ TİCARƏT ƏLAQƏLƏRİNİN GENİŞLƏNDİRİLMƏSİ VƏ ÖLKƏNİN İQTİSADİ TƏHLÜKƏSİZLİK SİSTEMİNDƏ ROLUNUN ARTIRILMASI

Tədqiqatın məqsədi – xarici ticarət əlaqələrinin genişləndirilməsi və bu əlaqələrin ölkənin iqtisadi təhlükəsizlik sistemində rolunun müəyyənləşdirilməsidir.

Tədqiqatın metodologiyası – ölkənin xarici ticarətin genişləndirilməsi istiqamətində müxtəlif yanaşmaların nəzərdən keçirilməsi, iqtisadi-riyazi, statistik, elmi abstraksiya, amillər üzrə təhlil və digər təhlil metodlarından istifadə etməklə bu sahədə mövcud vəziyyətin öyrənilməsidir.

Tədqiqatın tətbiqi əhəmiyyəti – tədqiqat araşdırmalarından əldə edilən nəticələr xarici ticarət əlaqələrinin ölkənin iqtisadi təhlükəsizlik sistemində rolunun artırılması baxımından əhəmiyyətli ola bilər.

Tədqiqatın nəticələri – ixrac olunan məhsulların çeşidinin genişləndirilməsi və keyfiyyətinin yüksəldilməsi, ixracın əmtəə-coğrafi strukturunun yaxşılaşdırılması, beynəlxalq əməkdaşlığın mütərəqqi formalarından istifadə etməklə ixracın strukturunun təkmilləşdirilməsi, xarici ticarətin koordinasiyası və sənaye ixracının təşviqi və s. tədbirlərin görülməsi məqsədəuyğundur.

Tədqiqatın orijinallığı və elmi yeniliyi – tədqiqat işində bir sıra yerli və xarici tədqiqatçıların fikirlərinə istinad edilmiş, xarici ticarət əlaqələrinin genişləndirilməsi və bu əlaqələrin ölkənin iqtisadi təhlükəsizlik sistemində rolunun artırılması üzrə tövsiyə xarakterli təkliflər irəli sürülmüşdür.

Açar sözlər: iqtisadi təhlükəsizlik, xarici ticarət, idxal, ixrac, xarici ticarət əlaqələri (XTƏ), xarici ticarət fəaliyyəti (XTF), istehsal.

 

https://doi.org/10.59610/bbu3.2023.3.9

Fayl

PDF

Buraxılış

№3 - 2023

Müəllif

Talıbova Nigar Eldar qızı