REGİONLARIN SOSİAL-İQTİSADİ İNKİŞAFININ PRİORİTET İSTİQAMƏTLƏRİ

Tədqiqatın məqsədi - regional iqtisadi siyasətin əsas nəzəri-metodoloji inkişaf xüsusiyyətlərinə nail olmaq üçün dövlətin həll etməli olduğu vəzifələrdən bəhs edilir.

Tədqiqatın metodologiyası – tədqiqat işinin yerinə yetirilməsi zamanı elmi ümumiləşdirmə, analiz, sintez, müqayisəli təhlil metodlarından istifadə edilmişdir.

Tədqiqatın tətbiqi əhəmiyyəti - sosial-iqtisadi inkişafın prioritet istiqamətləri araşdırılır. Regionun strategiyasının formalaşdırılmasının təşkilati mexanizmi təhlil edilir.

Tədqiqatın nəticəsi - regional sosial-iqtisadi sistemlərin rəqabətədavamlı inkişafı üçün dövlət tənzimlənməsinin əsas yanaşma və üsulları, regionun davamlı inkişafının göstəriciləri və indikatorları müəyyən edilir.

Tədqiqatın orijinallığı və elmi yeniliyi – regionlarda sosial-iqtisadi inkişafın prioritet istiqamətlərinin  inkişaf etdirilməsinin praktiki əhəmiyyəti  müəyyən edilmişdir.

Açar sözlər: regional siyasət, inkişaf strategiyası, sosial-iqtisadi inkişaf, region, dövlət tənzimlənməsi, iqtisadi islahat.

 

 

https://doi.org/10.59610/bbu3.2023.3.5

Fayl

PDF

Buraxılış

№3 - 2023

Müəllif

Əhmədova Əkimə Əmir qızı