Tədqiqatın məqsədi - qlobal iqtisadi çağırışlar şəraitində biznes mühitinin yaxşılaşdırılmasının aktual problemlərinin və istiqamətlərinin tədqiqindən ibarətdir. Bundan əlavə, işdə biznes mühitinin yaxşılaşdırılmasına təsir edən amillər və xüsusiyyətlər təhlil edilmiş və sistemləşdirilmişdir. Qlobal çağırışlar şəraitində sahibkarlığın inkişafı və biznes mühitinin yaxşılaşdırılması problemlərinə yanaşmalar müəyyənləşdirilmişdir. Sahibkarlığın inkişafı, funksiyası və rolu ilə bağlı əsas mexanizmlər, fəaliyyət prinsipləri ümumiləşdirilmişdir. Biznes mühitinin cəlbediciliyi baxımından vacib olan şərtlər və meyarlar müəyyənləşdirilmişdir. Bazar iqtisadi sistemində sahibkarlığın inkişafında biznes mühitinin cəlbedicilik problemləri açıqlanmışdır.
Tədqiqatın metodologiyası - sistemli və kompleks təhlillərdən, qlobal iqtisadi çağırışlar şəraitində biznes mühitinin yaxşılaşdırılmasının aktual problemləri və istiqamətləri üzrə metodoloji yanaşmalar və üsullardan, bu istiqamətlərdə olan yanaşmalarından ibarətdir.
Tədqiqatın tətbiqi əhəmiyyəti - tədqiqatda verilmiş materiallardan və əldə olunmuş nəticələrdən qlobal iqtisadi çağırışlar şəraitində biznes mühitinin yaxşılaşdırılmasının aktual problemləri və istiqamətləri üzrə kompleks tədbirlərin, dövlət proqramlarının, konsepsiya və strategiyaların hazırlanmasında istifadə oluna bilər.
Tədqiqatın nəticələri – qlobal iqtisadi çağırışlar şəraitində biznes mühitinin yaxşılaşdırılmasının aktual problemləri və istiqamətləri üzrə konseptual yanaşmaların təmin edilməsi, tövsiyələr və təkliflərin hazırlanmasıdır.
Tədqiqatın orijinallığı və elmi yeniliyi – tədqiqat işində baxılan problemlər fundamental araşdırılmaqla, onların mahiyyəti açıqlanmışdır, əsas fikirlər və mülahizələr müəllif mövqeyinə söykənmişdir. Sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizmlərinin müasir dövrün tələblərinə uyğun şəkildə təkmilləşdirilməsi məsələlərinin vacibliyi əsaslandırılmışdır. Biznes mühitinin yaxşılaşdırılması istiqamətində görülən tədbirlər təhlil olunmuş və sahibkarlığın inkişafında biznes mühitinin yaxşılaşdırılması istiqamətində strateji hədəflər, onların əsas xüsusiyyətləri sistemləşdirilmişdir. Biznesin inkişafına mane olan baryerlərin aradan qaldırılmasında dövlət və özəl sektor subyektləri arasında əməkdaşlığın gücləndirilməsinin strateji aspektlərinin vacibliyi əsaslandırılmışdır.
Açar sözləri: qlobal iqtisadi çağırışlar, biznes mühiti, biznes mühitinin iqtisadiyyata təsiri, biznes mühitinin strateji aspektləri, biznes mühitinin aktual problemləri, sahibkarlığın inkişaf perspektivləri, biznes mühitinin yaxşılaşdırılması istiqamətləri.