Tədqiqatın məqsədi – Azərbaycanın sığorta şirkətlərində idarəetmə keyfiyyətinin möv-cud vəziyyətini təhlil etməklə onun yüksəldilməsi istiqamətlərini müəyyən etməkdən ibarətdir.
Tədqiqatın metodologiyası – tədqiqat işində ümumiləşdirmə, iqtisadi təhlil, məntiqi ümumiləşdirmə metodlarından istifadə olunmuşdur.
Tədqiqatın tətbiqi əhəmiyyəti – idarəetmə keyfiyyətinin yüksəldilməsinin əhəmiyyətini nəzərə alaraq, onun yüksəldilməsi üsullarını Azərbaycanın bütün sığorta şirkətlərində tətbiq etməkdən ibarətdir.
Tədqiqatın nəticəsi – sığorta fəaliyyətinin effektivliyinin təmin edilməsi məqsədilə Azərbaycanın sığorta şirkətlərində idarəetmə keyfiyyətinin yüksəldilməsi zəruridir.
Tədqiqatın orijinallığı və elmi yeniliyi – Azərbaycanın sığorta şirkətlərində idarəetmə keyfiyyətinin yüksəldilməsi üsulları müəyyən edilmiş və sistemləşdirilmişdir.
Açar sözlər: Azərbaycan, sığorta şirkətləri, idarəetmə keyfiyyəti, effektivlik, inkişaf.